wifi

Ölümü tezləşdirən mobil telefon, Wi-Fi, mikrodalğalı soba

Baxış sayı: 1. 793
“Forbes” jurnalı internet və cib telefonları ilə bağlı yeni bir araşdırma yayımlayıb. Araşdırmaya görə, xərçəngə səbəb olan 250 maddə arasında televizor, radio, mikrodalğalı soba, cib telefonu və kablosuz internet(Wi-Fi) yer alır. 
Alimlər məsləhət görür ki, uşaqları mümkün qədər bu dalğalardan qorumaq lazımdır.  Elektromaqnit dalğalara uzun müddət məruz qalan insanlarda xərçəng riski artır, başqa xəstəliklər yaranır. İnsanların məruz qaldığı elektromaqnit dalğaların xərçəngə keçmə dövrü isə 30 il və daha çox hesablanır. “Wi-Fi bizi yavaş-yavaş öldürürmü” başlıqlı məqalə yazan alim Mark Gibbsin fikrincə, 50-100 il sonra dönüb geriyə baxanda cib telefonu və kablosuz internetin insanlıq tarixinin ən böyük sağlıq krizinə səbəb olmasına təəccüblənə bilərik. Riskin ən yüksək olduğu dönəm isə körpənin hələ ana bətnində olduğu dönəmdir. Hamilələrin evində Wi-Fi olmamalı, cib telefonu isə onlardan uzaqda olmalıdır.
Bir sıra araşdırmalara görə hər kəsin istifadə etdiyi telefonlar beyinə elektromaqnit dalğalarla zərər verir ki, nəticədə beyin şişi, xərçəng, yorğunluq, leykemiya, sonsuzluq, yaddaş zəifliyi, iştahasızlıq, yuxu pozğunluğu, depressiya kimi bir çox xəstəliklərə və narahatlığa səbəb olur. ABŞ-ın Səhiyyə Nazirliyinə bağlı olan Milli Toksikoloji Proqramının alimləri cib telefonlarının insan sağlamlığına hansı formada təsir etdiyini öyrənmək üçün iki ildən artıq 2500-dən çox siçan üzərində tədqiqat aparıb. Bu zaman təcrübə siçanları cib telefonlarının yaydığı fərqli radio tezliyinə məruz qoyulub. Tədqiqatlar zamanı erkək cinsli siçanların beyinlərində və ürəklərində iki növ şişə rast gəlinib. 
Mütəxəssislər mobil telefonla danışanda elektromaqnit şüalanmasının təsirini azaltmaq üçün qulaqcıqlardan istifadə etməyi məsləhət bilirlər. Mətbəximizi bəzəyən və tez bir zaman yeməklərimizi isidən mikrodalğalı sobanın da xərçəng xəstəliyinə səbəb olduğu aşkarlanıb. Mikrodalğalı sobalar yüksək nisbətdə radiasiya göndərərək qida atomlarını sürətləndirir və istiləşməni təmin edir. Yəni sobaya qoyulmuş qidanın tərkibindəki hüceyrələri şüa ilə qızdırır. Bəzi alimlər bunu AES-in reaktorunda xörək bişirib yeməklə müqayisə edirlər. Normal, çoxumuzun evində olan bir mikrodalğalı sobanın içindəki qidaya göndərdiyi radiasiya, bir WI-FI şəbəkəsindəki radiasiya sıxlığından təxminən 100.000 dəfə artıqdır.
Rusiyalı ekoloqlar sübut ediblər ki, mikrodalğalı sobalar insan orqanizminin enerjisini molekulyar səviyyədə dəyişdirir. Alimlər uşaqlara və hamilə qadınlara belə sobalarda hazırlanan qidaları yeməyi məsləhət görmürlər. Elektromaqnit dalğaları sobadakı qidanın, mayenin molekullarının strukturunu dəyişdirir. Bu sobalarda isidilmiş qida və mayelərdən daxil olan pis energetika qanın və limfaların tərkibinə təsir göstərir, xərçəng şişlərinin inkişafına stimul verir.
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla əslində bu araşdırmanın həyəcan təbili olduğunu dedi:“Əslində bütün xırda texniki şüalanmalar radio şüalanmalardır, ionlaşdırıcı şüalanma deyil. Amma yüksək tezlikli bu dalğalar əslində orqanizm üçün təsirsiz deyil, neqativ təsir edir. WI-FI özü daimi şüalanma mənbəyidir. Orada radio dalğalar var ki, ötürücüdən birbaşa kompüterlərə verilir ki, bu da güclü şüadır. Məsələn, kabeli yoxlayan dedeksiyalar var ki, onları WI-FI olan yerdə saxlayanda özü səs buraxa-buraxa durur. Bu həmin dalğanın təsirindəndir. Mobil telefonlarla bağlı isə araşdırmalar gedir və sübuta yetirilib ki, yüksək texniki radio dalğalar bioloji mənbələrə neqativ təsir göstərir. Ona görə də uşaqlara mobil telefon verilməsi məqsədə uyğun deyil. Hazırda mobil telefonlar 1800, hətta belə məlumatlar var ki, 3600 megahersdə fəaliyyət göstərir ki, bu da ziyandır. Düşünürəm ki, bütün bunlar insan orqanizminə  ziyansız ötüşmür. Bu tədqiqatların da əsası var. Bütün bunlar radioaktiv şüalanma deməkdir. Radioaktiv şüalanmayla radio şüalanmanın fərqlərini bilmək lazımdır. İonlaşdırcı şüalar insan orqanizmini deşib keçir. O zaman şüa xəstəliyi, birbaşa xərçəng xəstəliyi törədir. Amma yüksək tezlikli radio şüalanmanın özləri əgər uzun müddət təsir edibsə, hüceyrə mutasiyası törədə bilər. Diqqət edin ki, insan saatlarla kompüterin arxasında oturur və WI-FI-la da şüalanma onun bədənindən keçir. Əlbəttə ki, bu orqanizmə təsirsiz ötüşmür. Ona görə də hesab edirəm ki, bu araşdırmaları həyəcan təbili hesab etmək olar. Mümkün qədər bu qlobal şüalanmadan çəkinmək üçün yollar axtarmaq lazımdır. Yəqin ki, bəşəriyyət nə vaxtsa, bu qərara gələcək”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir