pendir

Pendirdə gizlənən xərçəng təhlükəsi! – ARAŞDIRMA

Baxış sayı: 173

Amerika alimlərinin araşdırmasına görə, pendir kişilərdə prostat xərçənginə səbəb olur. Tədqiqat nəticəsində mütəmadi olaraq süd və süd məhsullarına üstünlük verən kişilərdə prostat xərçənginin inkişaf riskinin yüksək olduğu üzə çıxıb.

Mütəxəssislər buna səbəb kimi süd və süd məhsullarının əsas böyümə hormonu olduğunu və kalsium səviyyəsini yüksəltməsini göstərib. Bu iki amilin prostat şişləri ilə əlaqəli olduğu deyilir. Araşdırmanın nəticələrində o da deyilir ki, süd və süd məhsullarının istifadəsi Qərblə müqayisədə az olan Asiya ölkələrində prostat xərçəngi riski daha azdır.

Araşdırmanın rəhbəri Dr. Con Şin tərəvəz məhsullarının prostat xərçəngi riskini azaltdığını və ya heç bir dəyişiklik yaratmadığını bildirib. Onun sözlərinə görə, heyvan mənşəli süd və ət məhsulları xərçəng riskini artırır. O, əlavə edib ki, səbəblərini daha dəqiq müəyyən etmək üçün araşdırmalar davam etdirməlidir.

İngiltərəli professor Tom Sanders isə bu araşdırmanın səhih olmasına şübhə ilə yanaşdığını etiraf edib. O, hesab edir ki, süd məhsulları ilə xərçəng arasında əlaqə yaradır.

“Artıq çəki daha güclü risk faktorudur. Veqanların daha az risk daşıyıcısı olmasının səbəbi qidalanma tərzi deyil, daha arıq olmaları ola bilər” , – deyə professor əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir