papaq

Qış papaqlarındakı qotazlar nəyə lazımdır?

Baxış sayı: 1. 444

Qışda üst hissəsində qotazları (üst tərəfi bir yerə qısılıb bağlanmış saplardan ibarət saçaqlı bəzək deməkdir) olan rəngbərəng papaq modelləri son dərəcə aktual olur. Bu papaqları gündəlik istifadə etmək çox əlverişlidir. Bəs görəsən bu papaqlardakı qotazlar nəyə lazımdır və necə yaranıb?

Qarderobdakı geyim detallarının bir çoxu kimi, papaqlardakı qotazların da da qədim tarixi var. XVIII-XIX əsrlərdə qotazlar orduda fərqləndirmə rolunu oynayırdı. Rənginə və formasına görə adi əsgəri zabitdən seçmək olur, onun hansı qoşuna məxsus olması qotazı sayəsində müəyyənləşdirilirdi. Bundan əlavə fransız gəmiçilərinin papağında da qotazlar olurdu. O dövrün gəmilərinin otaqları dar və alçaq tavanlı olduğu üçün qoruyucu rolu oynayırdı və başın üst hissəsini zərbərlərdən qoruyurdu.

Qotazlar həm də qızğın ingilis futbol azarkeşlərinin başını küçə döyüşlərindəki zərbələrdən qorumaq üçün nəzərdə tutulmuşdu. Ötən əsrin altmışıncı illərində qotaz futbol azarkeşlərinin qarderobunun ayrılmaz hissəsinə çevrilir. Azarkeşlərdən savayı qotazlı papaqları xizəkçilər də taxırdılar. Bir sözlə, hərbi geyim forması ilə əlaqəsi kəsilən qotazlar get-gedə öz funksiyasını itirərək papaqların dekorativ detalı və qışın sevimli atributu olaraq qalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir