sogan

Soğanda xərçəngin dərmanı varmı?

Baxış sayı: 1. 345

Soğanda olan birləşmələr orqanizmin xərçəng əleyhinə müdafiə mexanizmini aktiv saxlayır.

Bu qənaətə yapon tədqiqatçıları gəlib. Məlumata görə, soğanda olan maddələr həmçinin yumurtalıq xərçənginin müalicəsində terapevtik effekt verə bilər.

Belə ki, tədqiqatlar zamanı Onioinin A adlı birləşmə siçanlarda yumurtalıq xərçənginə tətbiq olunub. Nəticədə şiş hüceyrələrinin artımında tormozlanma baş verib.

Elm adamları ONA birləşməsinin şiş əleyhinə preparatların effektini artıra biləcəyini və şiş hüceyrələrinin yayılmasının, artmasının qarşısını ala biləcəyini düşünürlər.

Sogan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir