yemekler

Ədviyyatlı yeməyə həvəs xəstəlikdən xəbər verir?

Baxış sayı: 655

Oturduğunuz yerdə qəfil xüsusi bir şey yemək istəyi olduqca yayğındır. Belə çıxır ki, orqanizm bizə müəyyən siqnallar verir. Ədviyyatlı yeməklər üçün kəskin bir istək varsa, onu dinləmək xüsusilə vacibdir.

Rusiyalı terapevt, infeksionist, diyetoloq Yevgeni Bataev “bildirib ki, ədviyyatlı qidalara “ehtiras” tənəffüs sistemindəki problemlərdən xəbər verir.

“Sarımsaq, soğan və müxtəlif ədviyyatların artan istehlakını hiss etməyə başlasanız, bu, yaxınlaşan tənəffüs xəstəliklərinin erkən əlaməti ola bilər”, -deyə həkim bildirib.

Bu məhsullarda immunitet üçün faydalı olan çoxlu sayda vitamin və mikroelementlər onları viruslarla mübarizədə əvəzolunmaz edir. Bununla belə, Bataev yalnız sarımsaq və ədviyyatlara etibar etməyi məsləhət görmür. İmmunitet sistemini vitamin kompleksləri ilə gücləndirmək də lazımdır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir