ixtiralar

Elmi ixtiralara səbəb olan yuxular

Baxış sayı: 423

Qədim zamanlardan  insanlar daim yuxularını yozmağa, onlardan məna çıxarmağa çalışıblar. Çox maraqlıdır ki, elm adamlarının gördüyü yuxular onların kəşflərinin mənbəyi və yeni elmi ixtiraların səbəbi olublar. Biz də sizə dünyaya səs salan və həyatlarını dəyişən  məşhurların yuxularından danışmaq istəyirik.

 

Pol Makkartninin yuxuda dinlədiyi bəstə

“The Beatles” qrupunun dünya şöhrətli və köhnəlməyən mahnısı “Yesterday” Pol Makkartninin bir yuxusu ilə bağlıdır. Makkartni 1965-ci ildə bir səhər yuxudan oyanarkən, dərhal pianinonun başına keçib ailəsinə və dostlarına bir bəstə çalır və onlardan bunu eşidib-eşitmədiklərini soruşur. Makkartni bir neçə həftə ərzində bəstənin üzərində işləyərək, onun özünə aid olduğuna əmin olandan sonra Con Lennon ilə birlikdə mahnının sözlərini yazırlar. Beləliklə, insanlar tərəfindən heç bir zaman unudulmayan bir əsər ərsəyə gəlir.

 

Mendeleyevin masaüstü yuxusu

Böyük alim Dmitri İvanoviç Mendeleyev elementlərin dövri sistemini hazırlayan zaman, onların sıralaması mərhələsində böyük çətinliklərlə üzləşir. Artıq 1869-cu ildə cədvəl hazır olsa da Mendeleyev onları necə sıralayacağını bilmir. Fikir çəkən alim, tərəddüdlü gecələrin birində laboratoriyasında elə masanın üstündəcə yuxulayır və yuxuda bütün elementlərin sıra ilə düzüldüyünü görür. Oyanandan sonra bütün elementlərin cədvəldə lazım olan yerdə olduğunu anlayır və hamısını dərhal bir kağız parçasına yazaraq, sadəcə bir elementin yerini dəyişir.

 

Nils Bohrun gördüyü atom nüvəsi

Kvant mexanikanın atası sayılan Niels Bohr, atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları görür və o ana qədər atomun quruluşu ilə bağlı proqnozları tutmayan Bohr planetin Günəş ətrafında fırlandığı kimi, elektronların da atom nüvəsinin ətrafında döndüyünü gördükdən sonra artıq nəyin arxasınca getməyin lazım olduğunu bilir. Beləliklə, həqiqət olduğunu hiss etdiyi bu fərziyyəni dəstəkləyən dəlilləri tapmaq üçün hədəfə doğru işləməyə davam edir və 1922-ci ildə Kvant mexanikasının yaradıcısı olan Nils Bohrun Nobel Mükafatını alır.

 

Otto Loewinin sinir hüceyrələri

Alman əsilli farmakoloq Otto Loewi isə sinir hüceyrələrinə siqnalın çatdırılması elektrik deyil, kimyəvi olduğunu yuxusunda görüb. Yuxusunun arasında bu kəşfi bir kənara qeyd edib təkrar yuxuya dalan Loewinin, səhər durub öz yazdıqlarını oxuya bilmədikdə hiss etdiyi panikanı təxmin etmək çətin deyil. Yuxunu xatırlamağa çalışaraq keçirdiyi gün onun həyatının ən uzun günü olduğunu söyləyən Loewi, buna nail ola bilmir, lakin ertəsi gün də eyni yuxunu görür. Bu dəfə isə elm adamı gördüklərini düzgün bir şəkildə kağıza yazır.

 

Dağdan işıq sürətilə sürüşən Eynşteyn

Böyük alim hələ gənclik illərindən hər gördüyü maraqlı detalı qeyd edirdi və belə qeydlərdən biri də onun həyatını tamamilə dəyişir. Albert Eynşteyn bir gecə yuxusunda özünü bir dağdan aşağıya xizəklə sürüşdüyünü görür.Yuxusunda işıq sürətilə sürüşən alim, ulduzları gördüyünü iddia edirdi. Oyandıqdan sonra bu yuxu üzərində xeyli baş sındıran Eynşteyn bununla relyativistik mexanika nəzəriyyəsini inkişaf etdirdiyini etiraf etməkdən də çəkinməmişdir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir