cay-sokalad

Əhvalınızın gözəl olmasını istəyirsinizsə… – HƏKİM RƏYİ

Baxış sayı: 749

Heç  fikir vermisiz ki,  əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir?

Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, “qida antidepressantları” sayılan çay, şokolad və giləmeyvələrin tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır.

Nermine Abbasova

Daha dəqiq desək,  qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan «valproev turşusuna» oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir.  Qeyd edək ki, həmin komponentlər  üzüm və qırmızı çaxırda da mövcuddur.

Nərminə Abbasova bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə görə onları gündəlik  rasionunuza daxil etməyi  məsləhət görürlər. Yalnız həddi keçməyin. Çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı  olduğunu da unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir