TAMER KARADAGLI

Əslən azərbaycanlı olan aktyor: “Anası ilə ayrılsaq da, ən yaxın dostumdur” – MÜSAHİBƏ

Baxış sayı: 4. 211

Müsahibimiz tamaşaçıların daha çox “Çocuklar Duymasın” serialındakı Haluk obrazı ilə tanıdığı və sevdiyi  teatr və kino aktyoru Tamer Karadağlıdır.

Əslən azərbaycanlı olan aktyor ABŞ-dan Türkiyəyə gəlişindən, adım adım irəlləyənn şöhretli karyerasından, sözügedən sektora baxışından, qızı Zeyno ilə münasibətlərindən və koronavirusun təsirlərindən danışdı.

 

– Koronavirus hər kəsin həyatına təsir etdi. Siz məhdudiyyətlərlə zəngin olan bu dönəmi necə keçirirsiniz?  

– Qaydalar hamı üçündür. Mən də hər kəs kimi əməl etməyə çalışıram. Vaxtımı mümkün qədər evdə keçirməyə çalışıram. Məcbur olmadıqca evdən çıxmıram. Tez-tez əllərimi yuyuram, qaydalara əməl etməyə səy göstərirəm.

 

– Azərbaycan kökənli Karslı bir ailənin üzvüsünüz.  Bu haqda heçdə hər kəs məlumatlı deyil. Bu haqda məlumat verməyiniz xoş olardı.

Mən Ankarada doğulmuşam, amma ata tərəfim Karsdandır.Ulu babamgil 1900-cu illərin əvvəlində Azərbaycandan Türkiyəyə köçüblər.

Tamer Karadağlı kimdir, nereli ve kaç yaşında? Tamer Karadağlı hayatı hakkında

– Məktəbə getmək ərəfəsindəykən ailənizlə birlikdə ABŞ-a köçsəniz də üç il sonra geri qayıtsanız da, bir neçə il sonra yenidən ABŞ-a qayıtmısınız. Amma sonda məktəbi ölkənizdə bitirmisiniz. Bu dönəmi bizimlə bölüşməyinizi istərdik

– Düzdü, məktəbə getməyə hazırlaşarkən ABŞ-a köçdük və mən 3-cü sinifdə oxuyanda geri qayıtdıq. Ankara Kollecini bitirdikdən sonra yenidən ABŞ-a yollandıq. Təhsilimin son dövrlərini isə Türkiyədə keçirmişəm. Ankarada universitetdə təhsil aldıqdan sonra 1998-ci ildə İstanbula gəldim.

 

– Teatr və kino sahəsinə marağınız nə vaxtdan yaranmışdı?

– Hələ uşaq yaşlarımdan bu sahəyə marağım var idi. Anam kinonu, teatrı çox sevirdi. Bu üzdən tez-tez onunla teatra gedərdik. Bu maraq sonda məni aktyor sənətinə yiyələnməyə sövq etdi. Bir çox sahəyə marağım var idi, amma anladım ki, eyni vaxtda bu işlərin hamısı ilə məşğul ola bilməyəcəm. Odur ki, aktyorluğu seçdim.

 

 – Bildiyimiz qədəri ilə aktyorluqdan öncə dubliyaj işi ilə də məşğul olmusunuz?

–  Düzü, Bilkent Üniversitetinin Musiqi və Səhnə Sənətləri Fakültəsinin Teatr bölməsinə qəbul olunduqdan sonra gündəlik xərclərimi ödəmək üçün hansısa işlə məşğul olmaq istəyində idim. O vaxt tələbələr TRT kanalında dubliyaj işi ilə məşğul idilər və mən də bu sahəyə yönəldim.

 

– Tamaşaçıların yaddaşında daha çox “Çocuklar Duymasın” serialı ilə qalmısınız. Səhv etmirəmsə, 17 il davam etmişdi bu serial.

– Hə, 17 il davam etmişdi, amma arada 8 illik fasilə də olmuşdu.

 

 – Ən son versiyası çəkiləndən sonra bu serialın sizin üçün bitdiyini dilə gətirmişdiniz. Buna səbəb nə olmuşdu?

– Məncə, yetərincə çəkildi bu serial. İlk dəfə 2002-ci ildə başlamış və 2004-cü ilə kimi davam etmişdi. Bundan 6 il sonra yenidən serial bərpa olundu və 2 il ərində yayımlandı. Son olaraq isə Kanal D televiziyasında efirə getdi və mənə elə gəlir ki, bu qədər yetərli oldu. Bu səbəbdən də daha bu serialda rol almaq istəmirəm demişdim.

 

– Amma eyni zamanda “rədd edə bilməyəəcəyim təklif gəlsə, həmin obrazı canlandırmağa davam edərəm” tipli bir açıqlamanız da olmuşdu

– Təbii ki, sərfəli təklif olarsa, davam etmək olar. Mənə elə gəlir ki, bu normal yanaşma olardı. Nə də olsa, peşəkar aktyor kimi bu işdən pul qazanıırıqsa, belə təkliflərdən imtina etmək düz olmazdı.

 

– Bir az da ailənizdən danışaq. Haqqında danışdığımız “Çoçuklar Duymasın” serialında bir az sərt xarakterli valideyn təsiri bağışlayırsınız.  Qızınızına qarşı da beləsiniz?

– Anası ilə ayrılsaq da, ən yaxın dostumdur. Anası onu düzgün tərbiyə edib. Əslində məni serialda sərt biri kimi tanıyırlar. Amma həyatda ondan da sərtəm”.

Tamer Karadağlı'nın kızı Zeyno Karadağlı köşe yazarı oldu!

– Qızınızın sosial şəbəkələrdəki paylaşımından belə aydın olur ki, o da incəsənətə meyllidir. Musiqi ilə məşğuldur.

Hacettepe Üniversitetinin Dövlət Konservatoriya bölməsində oxuyur.  Musiqiyə marağı var və istedadı da həmçinin. Onunla müxtəlif konsertlərdə tamaşaçı kimi iştirak etmişəm. Hətta ABŞ-da da konsertlərə getmişik. Qızımla çox maraqlı vaxt keçirmişdik. Hətta Birləşmiş Ştatlarda tır da sürmüşdüm. Bunu çoxdan etmək istəyirdim. Tırla küşələri gəzmək xəyalımı ABŞ-da reallaşdırdım.

– Macəra dolu bir həyatınız var. Ən əsası da gəzintini daha çox qızınızla keçirirsiniz. Gələcəkdə qızınızın indiki kimi rəngarəng həyatını olmasa, onun üçün problem olmasından, depressiv durum yaranmasından qorxmursunuz ki?

– Açığı, bu haqda geniş fikirləşməmişəm. Daha çox anlıq düşünürəm. İndi məni qızımla xoş vaxt keçirmək, onun yanında olmaq maraqlandırır.

Tamer Karadağlı: Arzu olmasaydı hayatta evlenmezdim!

– Aktrisa Arzu Balkanla uzun müddət davam edən ailə həyatınız oldu. Münasibətləriniz heç də pis deyildi. İndi də dost kimi həyatınıza davam edirsiniz. Arzu xanımla yenidən evlənməyiniz mümkündürmü?

– Yaşadığım həyatda öyrəndiyim əsas şeylərdən biri odur ki, heç nəyə əsla olmaz demək düzgün deyil. Həyatda çox gözlənilməz proseslər ola bilər. Amma bizim yenidən ailə qurmağımız real bir şey deyil. Biz bu mərhələni geridə qoymuşuq. Artıq 13 ildir ki, boşanmışıq. Amma tez-tez  görüşürük. Buna imkan olmayanda isə telefonla əlaqəmiz olur. Qızımız var və onun valideynləri olaraq əlaqələrimizin kəsilməsi mümkün deyil. Arzu mükəmməl anadır.

 

– Yenidən evlənmək haqda düşünürsünüzmü?

Hələlik elə planım yoxdur. Düşünmürəm. Amma heç vaxt bu barədə “əsla” deməmişəm. Çünki qarşıma elə birisi çıxa bilər ki, düşünmədən evlənərəm. Amma dediyim kimi, hələlik elə birisi gəlməyib.

 

Təqdim etdi: Aydan Kərimli

Tamer Karadağlı 60 Bin Dolarlık Motosiklet Aldı - Haberler




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir