QEBILE

Ən tükürpədici adətləri olan qəbilələr… – FOTOLAR

Baxış sayı: 1. 485

Dünyanın müxtəlif bölgələrində insanlar yaşadıqları coğrafiyaya uyğun adət-ənənə yaradıblar. Bu adət-ənənələr digərləri üçün bəzən qorxulu, bəzən də təəccüblü görünə bilər.

Etiyopanın Omo vadisində yaşayan Bodi qəbiləsinin də çox qəribə adətləri var. Belə ki, bu qəbilənin üzvləri ilin altı ayında inək qanı içərək kökəlməyə çalışır.

Adı çəkilən qəbilə tanrıya inanır. Burada qanun-qaydaları yaşlılar qoyur. Ən qəribə adətlərindən biri də budur ki, qəbilə üzvləri aralarında söz-söhbət düşdükdə dava etmək əvəzinə bir-birilərinə böyükbaş heyvan bağışlayırlar. Beləcə məsələ çözülmüş olur. Qəbilə daha çox heyvanlarla bəslənir. Heyvanlar mövsümlə əlaqədar köç etdikdə isə, Bodi qəbiləsi onları təqib edir.

Qəbilədəki evlər əsasən kiçik kollar və ağac budaqlarından düzəldilir. Bütün evlər bir otaqdan ibarət olur. Hər evin girişində isə inəklər qalır.
Demək olar ki, çılpaq şəkildə dolaşan qəbilə üzvləri digər qəbilələr kimi kənardan gələn insanlardan çəkinmir, uzaq qaçmırlar. Əksinə, onları ziyarət edən şəxsləri evlərinə qonaq dəvət edirlər. Hətta gələn turistlərə inək qanı da təklif olunur.
Bu qəbilədə kök qarınlı olmaq əsas şərtıərdən biridir.

20200607_090729.jpg (133 KB)

Qəbilədə qadınlar əsasən evdə qalır, daşlardan, ovlanan heyvanların sümüklərindən, eləcə də fil tükündən bilərziklər, boyunbağı və digər müxtəlif bəzək əşyaları hazırlayaraq, turistlərə satırlar. Kişilər isə gündəlik olaraq, ov etmək, ov ləvazimatları hazırlamaqla günlərini keçirirlər.
Geyimə gəldikdə isə, qadınlar keçi dərisindən hazırlanan geyimlər geyinir, kişilər isə bellərinə bağladıqları incə bezlə gəzirlər.

Qeyd etdiyimiz kimi, Bodi qəbiləsində inək qanı içmək adəti var. İldə bir dəfə gənclər arasında “ən gombul adam” yarışması keçirilir. Ağlr çəkili olmağın isə çox asan yolu var – inək qanı içmək.

Gənclər altı ay boyunca ara vermədən inək qanı içir. Bununla da onların çəkisi iki dəfə artır. “Ka’el” adlı yarışın keçirildiyi gün gəlib çatdığında, ən gombul kişilər mükafat alır. Bu yarışı izləmək üçün onlarla turist bu bölgəyə gəlir.

Döyülmə adəti…

Dünyada Bodi qəbiləsindən başqa daha ilginc adətləri olan qəbilələr var.
Onlardan biri də Etuyopanın daha bir “Hamar” adlı qəbiləsidir. Bu qəbilənin ilginc adətlərindən biri, gənc oğlanların öz məharətini nümayiş etdirməsi üçün döyülməsidir. Belə ki, hər kəsin toplaşdığı açıq meydanda əvvəlcə gənc oğlan rəqs edir. Bunun ardından isə gəncin valideynləri, qız dostları onu çomaqla döyür. Döyülmə vücudunda yaralar olana qədər davam edir.

Maska ilə pələngdən qorunanlar…

Hindistanın Sundrabans meşələrində yaşayan qəbilə isə pələnglərdən qorunmaq üçün xüsusi maska taxır.
Ümumiyyətlə, bu meşədə müxtəlif quş növləri, sürünənlər, duzlu su timsahları və çoxlu sayda pələnglər yaşayır. Meşədə heyvanlarla birgə 200 nəfərdən ibarət qəbilə də yaşayır. 1989-cu ildə qəbilə üzvlərinin 60 nəfəri pələnglər tərəfindən parçalanaraq, öldürülüb. Bundan sonra qəbilə pələnglərdən qorunmağın yolunu axtarmağa başlayıblar. Sonra isə çox ilginc bir çıxış yolu tapıblar- başlarına arxa tərəfdən masta taxmaq. Maraqlıdır ki, başında maska olan insanlara pələnglər hücum etmir. Bunun səbəbi isə çox ilgincdir. İnanca görə pələnglə göz-gözə gəldikdə, bu o deməkdir ki, artıq pələng özünü bəlli edib. Bu zaman pələng artıq başqa ov axtarmağa gedir. Deyilənə görə 18 ay içərisində maska taxmayan 29 nəfəri pələng parçalayıb.

20200607_090808.jpg (206 KB)

Gombulsansa, deməli, zənginsən…

Moritanyada yaşayan qəbilənin qəribə adəti isə ağır çəkili olmaqla bağlıdır. Burada ağır çəkili olmaq zənginliyin göstəricisi hesab olunur. Bu səbəbdən analar 5-15 yaşında olan qızlarını kökəltmək üçün “dəridən-qabıqdan” çıxır. Qız nə qədər ağır çəkili olarsa, bu o deməkdir, atası-anası bir o qədər zəngindir.

Meyitlərinin yağı ilə yemək bişirirlər…

Papua Yeni Ginedə yerləşən, Morobe təpələrində yaşayan qəbilənin isə adətləri tükürpədicidir. Qəbilənin üzvləri ölən şəxsi dəfn etmək və ya yandırmaq əvəzinə, onu ocağın tüstüsünə verib, sonra da bambu qəfəslərə yerləşdirib, kəndin ən yüksək yerindən asırlar. Kəndi ziyarətə gələn turistləri dəhəşətə gətirən bu mənzərə əslində onların ölülərinə verdikləri dəyərdir.

Əvvəlcə ölünün ayaqlarında, dizlərində və dirsəklərində kəsiklər açılır. Sonra qarınlarına bambu çubuqları batırılır. Bu şəkildə vücuddakı bütün yağlar əriyərək, quruyur. Cəsəddən axan yağlar bir yerə toplanır, daha sonra onun yaxınlarının bədəninə sürtürlər. Bununla da inanırlar ki, cəsədin enerjisi onun yaxınlarına ötürülür. Ən dəhşətlisi isə, bu yağdan evlərdə yemək bişirilməsində də istifadə edilir. Gözləri və ağızları bağlanan cəsədlər bambu qəfəslərinin içində kəndin ətrafını bəzəyir.

Zürafə boyunlu qadınlar…

Dünyanın ən uzun, “zürafə boyunlu” qadınları “Red Karen” qəbiləsində yaşayan padaunglardır. Şan dilində padaunglar “uzun boylu” deməkdir. Bir padaung qadını həyatı boyunca təxminən 20 halqa taxır. Hər biri 10-12 kq ağırlığında olan bu halqalar zaman keçdikcə çiyinləri aşağı salır, boynu uzadır. Qızlar hələ 5-6 yaşlarından bu halqaları taxmağa başlayır. Hər il halqaların sayı artırılır.

20200607_090825.jpg (185 KB)

Tüpürərək salamlaşan qəbilə…

Kenya və Quzey Tanzanyada yaşayan masailər salamlaşarkən, bir-birilərinə tüpürürlər. Əl sıxan zaman ələ tüpürən masailər yeni doğulan uşaqların da üzünə tüpürürlər. Bununla da inanırlar ki, yeni doğulan uşaqları pis ruhlardan qoruyurlar.

Ölülərini məzardan çıxarıb, geyindirirlər…

İndoneziyanın Güney Sulavesi bölgəsində “Ma’nene” adlanan, tükürpədən qorxunc adət var. Bölgədə yaşayanlar hər üç ildən bir ölülərini məzardan çıxarıb, geyindirirlər. Bununla da ölülərinə olan qayğı və sevgilərini nümayiş etdirirlər. Ölülər məzarlıqdan çıxarıldıqdan sonra üstlərindəki paltar ya təmizlənir, ya da yenilənir. Sonra isə ailələr öz meyidlərini bütün kəndi gəzdirirlər. Meyidlər 100 il əvvəl ölmüş olsa belə, kənd camaatı hələ də onlarla birgə yaşadığına inanır. Beləliklə, ölüləri bütün kəndi gəzdirdikdən sonra, yenidən səliqəli şəkildə dəfn edirlər.

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir