2016-cı ilin çılğın DƏB sirləri

Baxış sayı: 2. 406

Moda sərhədsiz bir anlayışdır. Yaradıcı təxəyyül isə bu sərhədin ucsuz-bucaqsız sahilləridir. Qeyri-adiliyi sevən, zövqlərinə güvənən xanımlar isə öz dəblərini də yaratmağı bacarır. 2016-cı il isə bu cür çılğın xanımlara şans verir. Bu il xanımlar dəbi alt-üst edərək öz üslublarını yarada bilərlər. “Gencaile.az” Aile.lent.az-a istinadən sizə modanın sərhədlərini aşmağın bir neçə yolunu təqdim edir.

Corablarınızı gizlətməyin

Adətən corablar şalvarın və ya ətəyin altında gizli qalır. Artıq buna ehtiyac yoxdur, corablarınızı gizlətməyin. Dikdaban ayaqqablarınız və ya yay sandallarınızla corab geyərək tərzinizi nümayiş etdirin.

Ətək və idman ayaqqabısı

Sözsüz ki, “ətək və ya donla mütləq hündürdaban ayaqqabı geyilir” deyəcəksiniz. Şərt deyil. Bu tendensiyanı siz pozun. Ətək və ya donla idman üslubunda ayaqqabı geyinmək istəyirsinizsə, heç nə sizin qarşınızı almasın.

Geyim uyğunluğu

Geyimdə uyğunsuzluq zövqsüzlüyün əlaməti hesab edilir. Bu il bu fikri ağlınızdan çıxarın. Artıq xətli, xallı, pələng üslublarını bir araya toplaya bilərsiniz.

Qışda ağ rəng geyilmir

Ağ bu qışın ən trend rənglərindən biridir. Başdan-ayağadək ağ rəngli geyinsəniz sizdən çox tərzli görünən olmayacaq.

Marka vacibdir

Zövqlü və keyfiyyətli geyimlə seçilmək istəyənlər adətən marka və ya brendə üstünlük verir. Artıq keyfiyyətli kombinələr etmək üçün buna ehtiyac yoxdur. Ucuz və zövqlü ayaqqabı ilə marka ətək də bir-birinə yaraşa bilər.

Ofisə kostyumda gedin

Qırmızı xallı və küçə üslubu ilə ofisə gedə bilərsiniz. Sadəcə parçalar və onların bir-birinə kombinə edilməsinə diqqət yetirməniz kifayətdir.

Parıldayan parçalar

Parıldayan geyimlərinizi qarderobunuzda önə çıxarın. Parıldayan parçalardan olan ətək və koftanız sizi məclislərdə seçilənlərdən edəcək.

Az və fərqli aksessuarlar

Aksessuar taxmaqda xəsislik etməyin. İstənilən geyimlə ürəyinizə yatan aksessuarlarınızı bir–birinə qataraq taxa bilərsiniz.

Bağban kombinzonu

Bağban kombinzonu təkcə uşaqlar üçün deyil. Kombinzonu asan kombinə edilə bilən geyimdir. Hara istəsəniz kombinzon geyinin, lakin kombinəsinə diqqət etmək şərtilə.

Busqalteriniz görünməsin

Artıq geyiminizin altından busqalterinizin görünməsindən çəkinməyin. Əgər o fərqli və gözəldirsə qoyun görünsün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir