moda

2021-ci ilin dəbi: Kişiləri atlas köynəkdə görəcəyik

Baxış sayı: 1. 018

Qadınlarda tez-tez görməyə alışdığımız atlas köynək modasını artıq kişilər ələ keçirirlər. Sətin parçaların hiss etdirdiyi rahatlığı bilməyən yoxdur. Qadın olaraq sətin parçadan yalnız geyimlərimizdə deyil, həyatımızın bir çox sahələrində də istifadə edirik. Dəridə qırışlara səbəb olmadığını nəzərə alsaq, yastıq üzlüklərimiz üçün daha çox bu parçalara üstünlük veririk. Əlbəttə, dəbin təsiri ilə qadınlarla birləşən bu zərif parça artıq hamı üçün əlçatandır.

Xarici KİV-də yer alan məlumatlara görə, 2021-ci ildə isə sətin parçalardan hazırlanan köynəkləri kişilərdə daha çox görəcəyik. Son illərdə kişilər buna üstünlük verməyə başlasa da, 2021-ci ildə bu seçimin artacağı gözlənilir. Əlbəttə, daha ənənəvi üsluba sahib insanların buna üstünlük verib-verməyəcəyi sual altındadır.

Görəsən, bu modaya nə qədər əməl ediləcək?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir