makiyaj 0

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Baxış sayı: 552

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-yaz mövsümündə bu rəng öz mövqelərindən imtina etməyi planlaşdırmır.

Bu, yalnız paltarlara deyil, həm də makiyaja aiddir, çünki çəhrayı göz kölgələri əsas tendensiyalardan biridir.

“Valentino” şousunda demək olar ki, hər bir modeldə əlvan çəhrayı oxlar var idi. Əslində, bu makiyaj təkcə podium üçün deyil, yaxın gələcəkdə gedəcəyiniz istənilən tədbirə uyğundur. Əmin olun ki, bu makiyaj onlarla təriflər toplayacaq. Seçim sizin üçün çox parlaq görünürsə, çəhrayı kölgələri yaxşı qarışdıran bir fırça alın. “Lanvin” moda evinin şousunda belə incə makiyaj gördük.

Məşhur “Barbie” kuklasının çəhrayı makiyajı xüsusilə aktualdır. Onu isə dəbə gəlincik haqqında filmdə baş rolu ifa edən aktrisa Marqot Robbi qaytarıb. Saqqız və ya konfet kimi klassik çəhrayı çalarları və ya daha yumşaq seçimlər edə bilərsiniz. Belə makiyaj hətta ən sadə geyimi də mükəmməl şəkildə tamamlayaraq onu parlaq və yaddaqalan edəcək.

Makiyaj

makiyaj 2

makiyaj 3

makiyaj 4

MAKIYAJ 5

makiyaj 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir