GEYIM

2024-cü ildə bu rəng hər yerdə qarşınıza çıxacaq

Baxış sayı: 329

Qırmızı, şübhəsiz ki, ilin əsas rəngidir. Bu mövsüm o, hər yerdə idi: podiumlarda, moda paytaxtlarının küçələrində, qırmızı xalçada və influenserlərin sonsuz fotolarında. 2024-cü ilin yaz-yay mövsümündə də qırmızı moda arenasını tərk etməyəcək, lakin onun bir neçə ciddi rəqibi olacaq.

Onlardan biri də kobalt (göy) rəngidir. Bu parlaq, enerjili, lakin eyni zamanda universal göy rəng demək olar ki, hər markanın kolleksiyalarında var.

Tünd göy rəngi ilə yarada biləcəyiniz ən məşhur və heyrətamiz üsullarından biri monoxrom dəstlərdir. Məsələn, tünd göy kostyum və şalvar adi qara rəngə dəbli alternativ olacaq. Belə bir dəst daha maraqlı görünəcək və lakonik kəsim sayəsində kostyum həm gündəlik, həm də müxtəlif tədbirlər və görüşlər üçün kifayət qədər universal seçim olaraq qalacaq. “Giorgio Armani” və “Fashion East” kobalt çalarlarında zərif maksi paltarları eyni rəngli ayaqqabılarla geyinməyi, “Issey Miyake” isə mürəkkəb çoxqatlı obrazda eyni çalarların bir neçə elementini birləşdirməyi təklif edir.

Hər kəs başdan ayağa parlaq göy geyinmək istəməyəcək və bu halda podiumlarda bir çox alternativ nəzərə çarpırdı. “Ən təhlükəsizi” kobaltı neytral rənglərlə birləşdirməkdir. Məsələn, Metyu Uilyamsın təklif etdiyi kimi, qara üst və yubka kombinini mavi palto və klatç ilə tamamlaya və ya “Burberry” kolleksiyasında olduğu kimi ağ şalvar və köynəyi mavi gödəkçə ilə birləşdirə bilərsiniz. Cins də görünüşü tarazlaşdırmağa kömək edəcək.

Miuccia Prada rəng eksperimentlərində daha uzağa gedib. “Miu Miu” kolleksiyasında dizayner iki parlaq rəngi bir dəstdə birləşdirməyi təklif edib: kobalt və sarı. Bir neytral rəng bu kombini balanslaşdırmağa kömək edəcək, qara və ya ağ bu işin öhdəsindən layiqincə gələcək. Ancaq görünüşünüzə parlaq rənglər əlavə etməkdən qorxanlardansınızsa, aksesuarlardan başlayın. Göy rəngli bir şərf, çanta və ya baş geyimi asanlıqla geyimə uyğunlaşacaq və onu rövnəqləndirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir