KOKELMEK

Artıq çəkisi olanlara koronavirus xəbərdarlığı

Baxış sayı: 533

Mütəxəssislər artıq çəkisi olan insanlara koronavirusla bağlı xəbərdarlıq ediblər.

Kök insanlar oksigenə daha çox ehtiyac duyurlar. Artıq çəki digər orqanları da təzyiqə məruz qoyur. Bu da virusa yoluxan zaman orqanizmdə ciddi problemlərə səbəb olur.

Pandemiya səbəbindən evdə çox vaxt keçirmək piylənməyə gətirib çıxarır. Buna görə də mütəxəssislər piylənmə təhlükəsinə diqqət çəkərək, virusdan qorunmaq üçün normal qaydada qidalanmağı, eyni zamanda idmanla məşğul olmağı tövsiyyə edirlər.

Artıq çəki ağciyərlərin funksiyasında problem yaradır. Qana oksigen ötürülməsini çətinləşdirir. Bədən isə lazımi oksigeni qəbul etmədikdə tez yorulur.

Çəkinin artmaması üçün tərkibində C, E, A kimi vitamin olan qidaları qəbul etmək tövsiyyə edir. Onların tərkibindəki dəmir, maqnezium və sink orqanizmə müsbət təsir göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir