-7

40 yaşından sonra inanılmaz UĞUR QAZANAN 7 məşhur

Baxış sayı: 1. 087

Fəaliyyət göstərdikləri sahədə dünyanın gedişatını dəyişdirən bir neçə adını eşitməyə öyrəşdiyimiz şəxslər var ki, onlar 40 və daha yuxarı yaşlarında uğur qazanıblar. Bu şəxslər uğura gənc yaşlarda nail olmamış olsalar da sonralar dünyaca məhşur insanlara çevrilmiş, həm də digərlərinə nümunə olublar.

Məhz bu səbəbdən “heç bir şey üçün gec deyil” deyiminə nümunə olaraq onların uğur qazanmadan öncə nələr etdiklərinə baxaq.

 

Henry Ford – 40 yaş

Henry Ford gənc yaşlarında, Thomas Edisonun himayəsində yeni bir avtomobil hazırlamaq üçün çalışan gənc bir mühəndis idi. Henry Ford 1903-cü ildə əfsanəvi bir avtomobil markası olan və hələ də istehsal etdiyi modellərlə avtomobil pərəstişkarlarının rəğbətini qazanan “Ford Motors” şirkətini qurdu. O zaman onun 40 yaşı var idi. 5 il ərzində “Model T”ni inkşaf etdirən Ford daha sonralar Mustang kimi bir-birindən cəlbedici modellər ilə avtomobil sektorunun əfsanələrindən birinə çevrildi.

 

Alan Rickman – 42 yaş

14 Yanvar 2016-cı ildə dünyasını dəyişən Alan Rickman 1946-cı ildə anadan olmuşdur. O, dünyanın ən yaxşı film seriyalarından olan “Harry Potter“-da Severus Snape rolu ilə izləyicilərin qəlbini fəth etmişdi. Rickman 20 yaşlarında bacarıqlı bir qrafik dizayner olmasına baxmayaraq, 1988-ci ildə “Çətin ölüm” filmindəki Hans Gruber rolu təklif edilənə qədər teatr sahəsində uğur qazanmağı hədəfləmişdi. Rickmanın ən uğurlu işlərindən biri isə 1991-ci ildə istehsal olunan “Robin Hood: Oğrular Şəhzadəsi” filimdəki Nottingham Şərifi rolu olmuşdur.

 

Marta Stewart – 44 yaş

ABŞ-daki evdar xanımların efir üzü kimi tanınan Marta Stewart uzun illər “catering” işiylə məşğul olub. 40 yaşlarında yazdığı yemək kitabları və televiziya verlişləri ilə dünyaca məhşur bir xanıma çevrilmişdir. Qida sektoruna illərini verən dünyanın ən varlı mətbəx şefləri belə bu sahədə Martha qədər uğur qazana bilməmişdilər.

 

Samuel Jackson – 46 yaş

60-dan çox filmdə rol almaqla Hollywood-dan ən çox qazanc əldə etmiş aktyorlar arasında yer alan Samuel Jackson 46 yaşında “Ucuz Roman” filmindəki Jules Winnfield rolu ilə şöhrət qazanmışdır. Lakin bundan əvvəl başrol oynadığı 1991-ci il istehsalı olan “Meşə Yanğını” filminə qədər narkotik aslılığına qarşı iki il müddətində böyük bir mübarizə aparmışdır.

 

Abraham Lincoln – 47 yaş

Abraham Lincoln 40 yaşına çatanda ABŞ-ın Nümayəndələr Palatasından ayrıldı və əsl peşəsi olan vəkilliyə geri qayıtdı. Bu hadisədən 7 il sonra “Respublikaçılar Partıyası“-nı quraraq partiyanın ilk sədri oldu. Dörd il sonrakı seçkilərdə isə ABŞ-ın 16-cı Prezidenti seçildi. Lincolnun abidəsi, ABŞ-ın qurucusu sayılan şəxslərin simalarının yer aldığı “Rushmore Dağı” abidəsinə həkk olunaraq ölümsüzləşdirilmişdir.

 

Charles Darwin – 50 yaş

Biologiya eliminin ən nüfuzlu şəxslərindən sayılan Charles Robert Darwin təkamül nəzəriyyəsinin əsasını qoyduğu Birləşmiş Krallığın Donanmasına aid “HMS Beagle” gəmisi ilə səyahətə çıxanda 21 yaşında idi. Lakin sağlamlıq problemlərinə görə bu sahədə işlərini yarıda saxlamalı oldu. 50 yaşında yayınladığı “Növlərin Mənşəyi” adlı kitabla, təkamülün ən əsas maddələrindən olan “təbii seleksiya” mövzusunu gündəmə gətirərək inanılmaz bir nəzəriyyənin ortaya çıxmasına imza atdı.

 

Ronald Regan – 53 yaş

Ronald Regan kifayət qədər uğurlu bir aktyorluq karyerasına sahib olsa da, siyasətə qatılmaq onun ən böyük xəyallarından biri idi. 53 yaşında, 1964-cü ildəki seçkilərdə “Seçim vaxtı” adındakı çıxışı ilə həm bu xəyalına qovuşmuş həm də ABŞ-ın 40-cı prezidenti olaraq möhtəşəm bir uğura imza atmışdır. Aktyorluq qabiliyyətlərinə görə xalq tərəfindən böyük hörmət bəslənən Reagan, seçildikdən iki ay sonra suiqəsd nəticəsində ağır formada yaralandığı üçün 20-ci əsrin ən çox “əl üstündə tutulan” ABŞ Prezidenti olmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir