Qapi

5 ildən sonra sizə köməyi dəyəcək 17 sadə vərdiş

Baxış sayı: 1. 615

Gələcəkdə hansı vərdişləriniz sizə yararlı ola bilər? İndidən özünüzdə bu vərdişləri inkişaf etdirməyi təklif edirik.

 

Natiqlik bacarıqlarınız üzərində işləyin

Bu çox qorxuludur. Hətta Warren Buffet də nitq söyləməmişdən əvvəl ürəyi bulanırdı. Lakin bu son dərəcə mühüm bir məsələdir: karyera pillələrində irəlilədiyiniz müddətdə siz daim müxtəlif qrupdan olan insanlarla ünsiyyət qurmalı olacaqsınız. Buna görə də nitq qabiliyyətinizi mükəməlləşdirməlisiniz.

 

Proqramlaşdırmanı öyrənin

Gələcəkdə kompüterlər daha güclü olacaqlar və hər sahədə onlara ehtiyac olacaq. Proqramlaşdırma dillərini öyrənməklə kompüterlərlə keyfiyyətli ünsiyyət quracaqsınız və bu sizin karyeranız üçün hər bir halda yararlı olacaq.

 

Podkastlar dinləyin

Podkast dinləmək sizə əlavə vaxt sərf etmədən öyrənmək imkanı verir. Bu səbəbdən də, siz evdə iş görərkən və ya tıxacda gözləyərkən çox müxtəlif mövzular haqqında çoxlu bilik əldə edə bilərsiniz.

 

Psixologiya ilə maraqlnanın

Bu, öz düşüncələrimizi, əməllərimizi, niyyətlərimizi başa düşmək üçün ən yaxşı vasitədir.

 

İdman növlərindən birini öz hobbinizə çevirin

Eləsini seçin ki, bununla illərlə məşğul ola biləsiniz. Əks halda məktəbdə başladığınız və ofisdə davam etdiyiniz oturaq həyat tərzi sizin onurğanızı, belinizi və həzm sisteminizi çox pis vəziyyətə salacaq. Ofis işiniz sizi məhv etməyə çalışır. Bunun qarşısını almalısınız.

 

Gün ərzində etdiyiniz işləri qısaca olaraq bir yerə yazın

Mənasız görünə bilər, lakin bu, sizin gününüzü necə keçirdiyinizi göstərəcək. Harvard Universiteti tərəfindən edilən araşdırma göstərir ki, günü 15 dəqiqəlik yazılı şəkildə təsvir etmək nəticədə işdə daha produktiv olmağınıza imkan verəcək.

 

Hər gün tanımadığnız bir nəfərlə danışın

Yad insanlar = yeni imkanlar. Yeni dost qazanmaq, yeni ideyalar əldə etmək imkanı, yad insanlarla ünsiyyət qorxusundan qurtulmaq imaknı, biznes başlamaq imkanları və s. çox başqa imkanlar əldə edəcəksiniz. Tanıdığınız insanlar sizin karyeranızı, xoşbəxtliyinizi və sağlamlığınızı müəyyənləşdirir, ona görə də bacardığınız qədər çox insanla tanış olmağa çalışın.

 

Yaxşı dinləməyi öyrənin

İnsanlar özləri haqqda danışmağı sevirlər, onlara bu imkanı vermək üçün dinləməyi öyrənin.

 

Vaxtınızın dəyərini bilin

Həyat günlərdən, günlər saatlardan, saatlar dəqiqələrdən ibarətdir. Yalnız bu dəqiqələri yüksək dəyərləndirməklə həyatda daha çox şey əldə edə bilərsiniz.

Image result for Vaxtınızın dəyərini bilin

Məqsədinizə doğru getdiniz yolda öz xoşbəxtliyinizi tapın

Dəqiq planlanmış həyatdan qaçın. “İndi lazım olanı edim” “sonra sevdiyim şeyləri edərəm” yerinə, sizi sevindirən işləri görməyə indi başlayın.

 

Təcrübənizi genişləndirin

Daha geniş həyat təcrübəsi topladıqca ideyalarınız daha yaradıcı, insanlarla münasibətləriniz daha yaxşı olacaq.

 

Pula qənaət edin

Hər maaşınızdan avtomatik olaraq kənara bir qədər pul qoyun.

 

Meditasiya etməyə başlayın

Bu beyni məşq etdirir və gündəlik baş verən şeylərlə başa çıxa bilməyiniz üçün çox vacibdir.

 

Təmiz havada olun

Bir yerdə daim qalmaq çox asandır. Gəzməyə çıxın. Koqnitiv psixoloqlar sübut ediblər ki, vəhşi təbiətdə bir az vaxt keçirmək depressiya və tükənmişlik hisslərinə qarşı yaxşı dərmandır.

 

Sizdən fərqli insanlarla tanış olun

Əgər liberalsınızsa konservatorlarla dostlaşın. Şəhərlisinizsə, kəndli ilə tanış olun. Niyə? Səbəb çoxdur, onlardan biri budur ki, biz müxtəliflik olan mühitdə daha yaxşı qərarlar verə bilirik.

 

Romanlar oxuyun

Bədii ədəbiyyat – emosional və informativ modelləşdirmədir. Romanlar Sizə digər insanların həyat təcrübələrindən öyrənməyə vadar edir.

 

Minimal məqsədlər qoyun:

Gündə 15 səhifə oxumaq, 20 idman hərəkəti etmək, 1 dişinizi təmizləmək. Nəticədə bir günün işini tamamlamaqla, nəhəng layihələri tamamlaya bilərsiniz.

 

 

Tərcümə: Jalə Nəcəfova

KITAB




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir