Kartofdan qızılgüllər

Baxış sayı: 1. 979

Rusiyanın nüfuzlu klinariya saytı Allrecipes.ru-ya kartofdan qızılgüllərin hazırlanma qaydasını təqdim edib. Həmin resepti sizə təqdim edirik:


Tərkibi
 (4 pay):

8 kartof
120 q kərə yağı (20+100)
iri duz
təzə üyüdülmüş istiot
rozmarin

Kartofu təmizləyib 2-3 yerə bölün. Hər hissə təxminən 2 sm qalınlıqda olmalıdır ki, şəridlər kəsmək asan olsun.

Kartoftəmizləyənin köməyilə bu hissələri 1 mm qalınlıqlı şəridlərə bölün.

Kartof şəridlərini spiral kimi bükün. Əgər qırılarsa, dərd etməyin, ard-arda düzün.

Yağlanmış formaya düzün, üzərinə iri duz, istiot və rozmarin səpin. Hər “qızılgülün” üzərinə bir parça kərə yağı qoyun.

200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin, arada üzərinə əridilmiş kərə yağı gəzdirin.

Tam bişdikdən sonra ehtiyatla buluda yığın. Zövqünüzə görə bəzəyin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir