60 ilin məhəbbəti – HƏYAT HEKAYƏTİ

Baxış sayı: 1. 469

Boris və Anna Kazlova sıravi insanlardır. Onları bizdən fərqləndirən bircə tərəfləri var. Bu iki insan bir-birlərini nə az, nə çox düz altmış il axtarıblar.

Bir daha görüşməyə ümidləri yox idi. Amma “sən saydığını say, gör fələk nə sayır” məsəlini heç düşünməyiblər də. Yəni görüşəcəklərinə ümidləri itib. Kim idi bu iki nəfər?!

Milliyyətcə rus olan bu iki insanın taleyi haqda “The Daily Telegraph” maraqlı yazı dərc edib.

Yazıda bildirilir ki, hər ikisi Uzaq Sibirin Ravlyanka qəsəbəsində doğulub. Boris kommunist ideologiyasını dəstəkləyib, təbliğ edən biri idi. İyirmi yaşında siyasi proseslərə qoşulmuşdu. Qəsəbə meydanında həmyerliləri qarşısında kolxoz idarəçilik sisteminin əhəmiyyəti barədə açıq çıxışından sonra uzun illərdir görmədiyi uşaqlıq dostu Anna ilə rastlaşmışdı təsadüfən. Bu görüş əvvəlcə dostluğa, sonra sevgiyə çevrildi. Sevgiləri onları nigah masasına apardı. Qəzet yazır ki, əqidə dostları Borisə Anna ilə evlənməməyi məsləhət görüb. Çünki Anna qolçomaq qızı idi. Bu evlilik Borisin karyerasına zərbə, həyatına təhlükə ola bilərdi. Eyni zamanda Annanın valideynləri də Borisi kommunist olduğu üçün rədd edirdilər.

Onlar evləndilər. Bu iki gənci nə siyasət, nə də ailələrinin, dostlarının etirazları ayıra bilmədi.

1937-ci ilin repressiyaları və baş verən hadisələr Anna ilə Borisin həyatına da təsirsiz ötüşmədi.

Annanın atası siyasi baxılarına görə vətən xaini elan edildi. Atasına irəli sürülən ittiham təbii ki, bütün ailənin həyatını dəyişdi. Beləcə üç günlük ailə həyatı yaşayan Anna Borislə nigahını pozmasa da ondan gizlicə ayrılmağa məcbur oldular. Annaya Borislə bir  mənzili bölüşmək yasaqlanır. Onu Borisdən gizlin ailəsi ilə birgə uzaq Sibirə sürgünə göndərirlər. Bütün bunlar Borisdən gizlədilir. Dostları ona bildirirlər ki, Anna ailəsi ilə başqa şəhərə köçüb. Borisə ünvan qoymağı isə lazım bilməyib. Borisin kommunist dostları daha sonra ondan xəbərsiz Anna ilə olan nigahını da pozdururlar. Əks halda Boris həm koryerasında problem yaşayan, həm də güllələnmə hökmü ilə üz-üzə qala bilərdi. Sonradan ondan icazəsiz belə ciddi qərarlar verdikləri üçün Boris dostlaırı ilə münasibətləri kəsir.

Uzun illər sonra Anna “The Daily Telegraph”ın əməkdaşı ilə söhbətdə deyəcəkdi ki: 

“Mən bilirdim getməyim ona zərbədir. Amma belə getməsəydim onun fiziki məhvinə səbəb ola bilərdim. O üzdən nə qədər çətin olsa da sakitcə çıxıb getdim. Sürgün həyatımızda sonsuz çətinliklər oldu. Amma heç biri məni Borislə ayrıldığım an qədər incitmədi”.

Sürgündə olduqları müddətdə ailəsi həyatını bir qədər yüngülləşdirmək üçün Annanı başqa biri ilə evlənməyə məcbur edib. Anası Borisin Annaya yazdığı məktubları yandırmaqla onu cəzalandırıb. Anna bu cəzalara etiraz olaraq dəfələrlə özünə qəsd etsə də onu xilas edə biliblər. Sonda ailəsindən gördüyü təzyiqlər qolçomaq qızını ikinci evliliyə məcbur edib. Amma bu evlilik uzun sürməyib.

Dostlarından və sadiq olduğu ideologiyasından imtina edən Boris isə həmişə Annanın onu tərk etməsini heç zaman qəbullana bilməyib. Və bu “xəyanəti” ona bağışlamayacağına qərar verib.

Boris Kozlov deyir ki, Annadan sonra təkrar evliliyinin də səbəbi elə həmin “xəyanət” olub 

“Mən ikinci evliliyimdə Annanı düşünüb yaşamışam. Hər şeyi onunla planlışdırdığım kimi qururdum. Amma bunu özümdən başqa kimsəyə bilmirdi”.

İllər sonra Annanın ailəsi bəraət aldı. Uzaq Sibirdə həyat yoldaşını itirən Anna həsrətini çəkdiyi qəsəbəsinə qayıdır. O, ömrünün sonuna qədər tək yaşamaqda qərarlı idi.

Bu arada Boris də həyat yoldaşını itirmişdi.

Hadisənin təfərrüatını uzun illər sonra keçmiş dostlarından öyrəndiyi üçün Annanı yenidən görmək ümidi ilə Ravlyanka qəsəbəsinə dönür

Anna Kazlova deyir ki, bu boyda təsadüf olmur: “Mən altmış ildən sonra qəsəbəyə dönəndə ilk getdiyim yer Borislə görüşdüyüm meydan oldu. Biz Borislə düz altmış il sonra yenə də o meydanda rastlaşdıq. Mən ondan ayrılanda on doqquz yaşım vardı. Borisi həmişə on doqquz yaşın həyacanı, ehtirası ilə gözləmişəm. O qədər həyəcanla gözləmişdim ki, qocalmağımı belə duymamışdım. Onu ilk görəndə altmış ilin nə demək olduğunu anladım. Bizim bir birimizə baxışlarımızdan başqa hər şey dəyişmişdi, hətta qəsəbə meydanının görünüşü də…”

Hər şeyə rəğmən düz altmış ildən sonra onlar pozulmuş nigahlarını bərpa edir 

Dostlar və qohumların iştirakı ilə özlərinə toy mərasini təşkil edib birgə yaşamağa qərar verirlər.

P.S. İndi Anna və Boris Kozlovun həyatda olub olmadığını dəqiq söyləmək olmaz. Amma dəqiq olan bircə şey var dəlicəsinə istənilən bütün arzular real olur. O üzdən lap 79 yaşınız olsa belə arzularınızdan imtina etməyin…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir