bina

7-ci mərtəbədən yuxarıda yaşamayın

Baxış sayı: 2. 078

Həkimlər bildirirlər ki, 7-ci mərtəbədən yuxarıda olan mənzillərdə yaşamaq insan sağlamlığı üçün ciddi problemlər yarada bilər. Belə ki, orqanizm üçün vacib olan yerin maqnit sahəsinin zəifləməsi bir çox xəstəliklərin başlanğıcı üçün şərait yaradır. Məhz yerin maqnit sahəsi artıq 7-ci mərtəbədən başlayaraq zəifləyir ki, bu da sanitar normalara cavab vermir.

Geomaqnit sahənin zəifləməsi insanın ürək-damar, sinir və immun sisteminə mənfi təsir göstərərək orqanizm üçün gərginlik yaradır, bədənin artıq yüklənməsinə və çalışmasına səbəb olur.

Bununla yanaşı, mütəxəssislər binanın hansı materialdan tikilməsi ilə bağlı da nəticəyə gəliblər. Belə ki, beton binada maqnit səhəsi 10 faiz, kərpic binada 7 faiz, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir.

Odur ki, “göydələn”lərdə mənzil almaq arzusu olub imkanı çatmayanlar heç də ürəklərini sıxmasınlar. Hündür mərtəbələrdən xəstələnmək riski ilə Xəzəri seyr etməkdənsə, elə Xəzərin sahilində köhnə dədə-baba evlərində yaşamaq daha sərfəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir