meshurlar

Məşhurların qəribə məzun FOTOLARI

Baxış sayı: 2. 336
Hər birimizin şkafın bir küncünə yerləşdirdiyi və onların mövcudluğunu unutmağa çalışdığı, amma atmağa əlimiz gəlməyən fotolar var. Bu xüsusiyyət məşhurlar üçün daha xarakterikdir. Məşhur simalar xüsusilə arxiv fotolarını hamıdan gizlətməyə çalışır. Bu fotoların çoxu məktəb illərinə aiddir. Lakin müasir texnologiya məşhurlarla bağlı gizlinlərin künc-bucaqda qalmasına heç də imkan vermir.
 
“Son zəng” münasibəti ilə məşhur simaların buraxılış halında çəkilmiş fotolarını təqdim edirik.
 
Bred Pitt
Bilməyənlər üçün deyək ki, Bred Pitt məktəb illərində seks-simvol sayılırdı. Bütün məktəbin qızları onun dərdindən dəli-divanə idi. Aktyor buraxılış balı üçün kifayət qədər yaxşı kostyum seçib. Nə olsun ki, foto 1983-cü ildə çəkilib, o doğrudan da yaraşıqlı görünür.

Məşhurların qəribə məzun FOTOLARI

Mişel Obama
Gələcək missis Obama buraxılış üçün qızıl rəngi və dərin yarıqlı libasa üstünlük verib.

Məşhurların qəribə məzun FOTOLARI

Sandra Ballok
Sandra Ballok həyatının əlamətdar günü üçün hörüklü saç düzümü seçib.

Məşhurların qəribə məzun FOTOLARI

Meq Rayan
Görünür, Meq Rayan buraxılış zamanı elə də gözqamaşdırıcı olmayıb. Çünki onunla rəqs edən oğlan başqa istiqamətə baxır.

Məşhurların qəribə məzun FOTOLARI

Cennifer Eniston
Cennifer Eniston buraxılış geyimində “Qara hər zaman ən yaxşı ideyadır” prinsipinə əməl edib. Saçı və seçdiyi aksessuarlar isə onun incə zövqündən xəbər verir.

Məşhurların qəribə məzun FOTOLARI

Robin Rayt
Robin Rayt məktəb illərində də valehedici olub. Ona görə də Robinin balın kraliçası titulunu alması təəccüblü deyil.

Məşhurların qəribə məzun FOTOLARI

Snup Doqq
Məşhur reperi smokinqdə görmək necə də xoşdur.

Məşhurların qəribə məzun FOTOLARI

Kortni Koks
Kortni Koks buraxılış balı üçün olduqca sadə və gündəlik paltar seçib.

Məşhurların qəribə məzun FOTOLARI

Teylor Svift
Müğənni və aktrisa Teylor Svift isə gəlinliyə bənzər don seçib.

Məşhurların qəribə məzun FOTOLARI

Bleyk Layvli
Məşhur aktrisa müasir dövrün dəb ilahələrindən biridir. Şahzadə obrazında geyinən aktrisanın seçimini elə də uğurlu adlandırmaq olmaz. Lakin üzündəki pozitiv təbəssümü aktrisanı zövqsüzlükdən xilas edib.

Məşhurların qəribə məzun FOTOLARI

Rihanna
Rihannanın buraxılış balı üçün seçdiyi libas ona çox yaraşır

Məşhurların qəribə məzun FOTOLARI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir