Müqəddəs Ramazan ayının 9-cu gününü yaşayırıq. Hər imsak vaxtı iftardan qalan yeməkləri yemək istəmirsinizsə, “Gencaile.az” Aile.lent.az-a istinadən təqdim etdiyi bu praktik yeməkləri hazırlaya bilərsiniz.
Yumurtalı smit
1 smit
1 yumurta
Rəndənmiş holland pendir
Kərə yağı
İstiot
Hazırlanması:
Smiti ortadan ikiyə bölün. Tavada əritdiyiniz kərə yağında smiti rəngi dönənə qədər qızardın. Tam ortasına yumurtanı qırın. Küncütlü hissəsinə rəndələnmiş holland pendiri və istiot əlavə edin. Üzərini bir qapaqla bağlayıb yumurtanı istədiyiniz həddə bişirin. Nuş olsun!
Tost maşınında kartof çipsi
İmsak üçün bir digər praktik resept isə tost maşınında kartof çipsidir. Praktik və ləzzətli bu qidanı ancaq özünüz yemək istəyəcəksiniz.
Ərzaqlar:
3 kartof
Holland pendiri
Duz, istiot, zeytun yağı
Hazırlanması:
Kartofları və holland pendiri rəndələyin. Bir miqdar duz, istiot və zeytun yağını əlavə edib qarışdırın. Tost cihazına yağlı kağızı yayın. Qarışımı yağlı kağız üzərinə eyni miqdarda yerləşdirin və 15 dəqiqə bişirin.
Yağsız kabak
Ərzaqlar:
2 kabak
1 kök
Təzə soğan
Cəfəri
Şüyüd
2 yumurta
Qabartma tozu
Ala bildiyi qədər un
Hazırlanması:
Bütün bunları rəndələyin. Yumurta qabartma tozu və unu da əlavə edib 180 dərəcəlik sobada 25 dəqiqə bişirin. Nuş olsun!