qum

Uşaqlar üçün qum oyunlarının hansı faydaları var?

Baxış sayı: 1. 646

İsti aylar, xüsusən yay fəsli qumla oynamağın tam zamanıdır. Qum oyunları uşaqların beyin və bədən inkişafı üçün kifayət qədər faydalıdır. Yaşından asılı olmayaraq, qum oyunları uşaqlar üçün təhlükəsiz bir mühitdə tamamilə yeni maraq obyektlərini araşdırmağa şərait yaradır. oyuncaq

 

gundelik-meyve-terevez-normasi-1Qum oyunları təsəvvürün genişlənməsinə, riyaziyyat və digər elmi anlayışları öyrənməyə, sosial qabiliyyətin inkişaf etməsinə səbəb olur. Mütəxəssislər qum oyunlarının uşaqlar üçün bir sıra faydalarını qeyd edirlər:

Qumu qazmaq, tökmək, qarışdırmaq, yoğurmaq, ələmək, qəliblərə salmaq uşaqlara əl və qol əzələlərini inkişafına kömək olur.

Həm xırda həm də iri motorikanı işlətməyə vadar edir. Həmçinin uşaqlar qumun üzərində müxtəlif əşyalar vasitəsilə müxtəlif izlər-maşın təkəri, heyvan pəncə izləri, öz ayaqlarının və əllərinin izlərini həkk edə bilərlər.

meyve-terevez-normasi-2Bir neçə uşaq birlikdə qumdan nə isə “bişirmək”, süfrə açmaq, restoran-kafe oynamaq, şəhər salmaq, tunellər qazmaq kimi oyunlar oynamaqla müştərək əmək və sosial qabiliyyətlərini inkişaf etdirə bilirlər.

Qumla oynayarkən, uşaqlar ibtidai riyazi biliklərini inkişaf etdirə bilərlər. Məsələn, müxtəlif ölçülü və formalı konteynerlərdən istifadə edərək onlara ağır-yüngül, dolu-boş, az-çox, bərabər kimi anlayışları əyani şəkildə öyrətmək mümkündür.

meyve-terevez-normasi-6Qum oyunları elmi araşdırmalar etməyə şəraitdir. Məsələn qumda basdırılmış metal əşyanı maqnit vasitəsilə axtarmaq həm böyüklər, həm də uşaqlar üçün maraqlı asudə vaxtı keçirməyə səbəb olar.

Qumun axıcılığı, üzərində müxtəlif şəkillər çəkmək, rəqəmlər və hərflər yazmaq imkanı yaradaraq uşaqlarda rəsm qabiliyyətini inkişaf etdirir.

meyve-terevez-normasi-4İstər yaş və ya quru qumun unikal teksturası uşaqlara müxtəlif növ qəliblərdən istifadə edərək qum qəsrləri, qum şəhərciyi, maşın qarajları, qum təpəcikləri və evcikləri quraraq onları təbiətdən tapdıqları digər əşyalarla-budaq, yarpaq, gül, daş və s ilə bəzəmək imkanı verir.

meyve-terevez-normasi-3Uşaqlar qumdan müxtəlif formalar düzəldərkən qumun su ilə müxtəlif nisbətində fərqli-fərqli kütlə əldə etməyi öyrənirlər.

Həmçinin belə oyunlar vasitəsilə uşaqlar quru və yaş anlayışlarını daha asan qavrayacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir