Əks cinsin nümayəndələri ilə münasibətinizin qaydasında getməyini istəyirsinizsə, bəzi nüanslara əməl etməlisiniz.
Sevgilinizin bilməli olduğu həmin amillərin siyahısını təqdim edirik:
Təbii gözəllik – təbii gözəlliyinizi sevgilinizdən gizlətməyin. Fensiz saçlarınızı və makiyajsız halınızı o da görməlidir.
Borclarınız – əgər sevgilinizlə ortaq gələcək planlaşdırırsınızsa, maddi durumunuz haqda səmimi olmalısınız. Kimsə sizdən varlı olmağı gözləmir. Önəmli olan bir yerdə plan qurub bərabər addımlamağınızdır.
Xəyallar – Həyatdan nə gözləyirsinizsə, bunu sevgilinizə də deyin. Planlarınızı bəyənməyəcək qorxusu ilə ondan gizlətməyin. Xəyallarınızı bölüşmək münasibətinizdə bir-birinizi daha da yaxınlaşdıracaq.
Yemək vərdişləri – Bəzi xanımlar sevgililəri ilə görüşə çıxarkən salatdan başqa heç nə yemirlər. Bununla da qarşı tərəfi sağlam qidalandığına və formada qaldığına inandırmaq istəyirlər. Unutmayın, yediklərinizlə sizə dəyər verən biri lazımınız deyil.
Münasibətinizdən gözlədikləriniz – Əgər sevgilinizin romantik və həyəcan dolu biri olmasını istəyirsinizsə, bunu açıq-aşkar ona söyləyin. Bunu bilmək onun haqqıdır. Bu o demək deyil ki, onun xasiyyətini dəyişmək istəyirsiniz. Əgər gələcəklə bağlı gözləntiləriniz üst-üstə düşürsə, bu, xoşbəxt olacaqsınız deməkdir.
İnanc – dini inanclarınız və siyasi görüşləriniz sevgilinizlə əvvəl-axır müzakirə edəcəyiniz mövzulardır. Qarşınızdakını tanımaq və onun da sizi tanımasını istəyirsinizsə, əxlaq və din anlayışlarınızı bir-birinizdən gizlətməyin. Bu da evlilik planlarına təsir edəcək amillərin əvvəlində gəlir.