meiset  texnikasi

Yeni evli cütlüklərin xoşlarına gəlməyən 7 hədiyyə

Baxış sayı: 1. 930

Hər kəs yeni evlənən cütlüklərin evinə gedərkən nəsə bir hədiyyə alır. Əsasən, onların xoşuna gəlməyəcək toster, yataq dəsti kimi əşyalardan yana uğursuz seçim edilir. “Gencaile.az” Foxy.az-a istinadən yeni evlilərə hədiyyə etmək mövzusunda uğursuzluq yaşamayasınəz deyə onların xoşlarına gəlməyən hədiyyələrdən bəhs edir.

Qab-qacaq

Çoxları yeni evli cütlüklərə nə alım deyə düşünərkən gedib qab-qacaq alır. Xüsusilə də, kofe içmək üçün dəst. Amma uğursuz seçim edirlər. Çünki düşünmürlər ki, kofe dəsti, şüşə və seramik qablar cütlüklərin, xüsusən də, qızın xoşuna gəlmir.

Rəsm əsəri

Qonaqlar adətən yeni evlilər üçün rəsm əsərləri də gətirirlər. Cütlüklərin toydan sonra hədiyyə aldıqları rəsm əsərləri içərisində çox vaxt böyük çərçivədə at, qu quşu və ya hər hansı bir mənzərə rəsmi olur. Və bu hədiyyəni aldıqdan sonra onları düşündürən sual bu olur: “2 metrlik çərçivəni kiçik birotaqlı mənzillərində hara yerləşdirsinlər?”. Müasir texnologiya hər şeyi həll edir.

Çilçıraqlar, vaza, şamdanlar

Burada hər şey xüsusilə çətindir. Çünki ümumi dekorasiya üçün bu hədiyyəliklər uyğun olmaya bilər.

Kiçik məişət texnikası

Bu ənənə 90-cı illərdən başlayaraq davam edir. Tozsorandan tutmuş televizora qədər istənilən məişət texnikası hədiyyə alınır. Amma yeni evli cütlüklərin isə bu avadanlıqlara ehtiyacı olmur. Çünki onların bu əşyalardan varlarıdır. Amma hər hansı kreativ texniki əşya onları təəccübləndirə bilər.

Yataq örtüləri

Belə bir uğursuz hədiyyə üçün cütlük sadəcə nəzakət xətrinə gülümsəyə bilər. Çünki bu mövzuda zövqlər tamamilə fərqlidir.

Güllər

Gül də artıq standart hədiyyələrdəndir. Və bəlkə də hədiyyə edilən cütlük gülü sevmir.

Xalça

Sonuncu yerdə isə yeni evli cütlüklər üçün hədiyyələr içərisində xalça dayanır. Birinci, xalça büdcə üçün uyğun hədiyyə deyil. Bahalıdır. İkinci, bəzi evlərdə təmizlik baxımından toza görə xalça istifadə etmirlər. Üçüncü, isə gəlin cehiz olaraq xalça gətirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir