gelinlik

Gəlinliyinizin keyfiyyətini necə anlarsınız?

Baxış sayı: 1. 492

Tək bir gün geyəcəyin gəlinliyin bu günə qədər aldığın bütün geyimlərin ən keyfiyyətlisi olmalıdır. Çünki o gün geydiyin gəlinlik, həyatının sonuna qədər baxacağın bütün şəkillərinə şahidlik edəcək. Bu qədər önəmli bir seçim edərkən gəlinliyin keyfiyyətli olub olmadığını bilmək istəyirsən? O zaman verəcəyimiz 4 ipucunu diqqətlə araşdırın.

Parçanın keyfiyyəti

Gəlinliyi göstərəcək ən əhəmiyyətli material parçadır. Parça seçimini rahatına və sevdiyin parçaya görə yox keyfiyyətinə görə etməlisən. Əgər yaxşı bir dizayner və dərzi deyilsənsə, bu sənin üçün çətin olacaq. Amma gəlinlik almazdan qabaq parçalar barədə bir az araşdır. Mağazalarda geyimlərin parçalarına toxun. Məlumat üçün deyək ki, ipək yumşaq və hamar, atlas bir az sərt və hamar, şifon isə yumşaq və pambıq bir təəssürat yaradır.

Materialın keyfiyyəti

Parça keyfiyyətindən sonra gəlinlik materialları gəlir. İstifadə edilən materialların detallarını öyrənməli və mütləq əllə tikildiyindən əmin olmalısan. Swarovski, muncuq, mirvari, kristal daşlar, kristal taşlar, güpür, lələk, çiçəklər və s. hamısı gəlinlik parçasına əlavə edilən materiallardır. bu materiallara və onların işləmələrinə diqqət edin.

Gəlinliyin tikişləri

İlk hədəfiniz tikiş bilən biri ilə gəlinlik mağazalarına getmək olmalı. Hamımızın tikiş bilən bir yaxını, rəfiqəsi var. Amma əgər yoxdursa, sizinçün ilk ipucu! Gəlinliyin içinə baxın. İç tikişləri də çöl tikişlər qədər qüsursuz və təmiz tikilmiş, parçaların birləşmə yerləri bərabər, eyni xəttdə və düzgün olmalıdır. Tikişin bədəninə necə oturduğuna da diqqət etməlisən. Əyninı tam oturmalıdır. Dekolte gəlinliklər isə geydiyin kimi qalmalıdır, aşağı düşməməli, bütün gecə rəqs edərkən əllərinlə yuxarı çəkmək məcburiyyətində qalmamalısan.

Dərzinin referansları

Keyfiyyəti anlamağın ən ucuz yolu dərzinin referanslarıdır. Çünki o dərzi ilə bağlı pozitiv və neqativ məlumata sahib ola bilər. Bir yaxının və ya rəfiqən orda gəlinlik tikdiribsə çox şanslısan. Çünki o gəlinliyə baxıb çox şey öyrənə bilərsən. Veb saytı varsa ona baxın, satılan butiklərdə onunla bağlı şərhlərə baxın. Öncəki gəlinlərin bir çoxu məmnudursa, siz də böyük ehtimal məmnun qalacaqsınız. Eksinədirsə, riskə getməyin! (Menimtoyum.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir