14248793_1152805511429205_823127790_n

“Səfəvi və Osmanlı sultanlarının xanımları nə barədə yazışırdı?” – Azərbaycanlı tələbənin tədqiqatından

Baxış sayı: 4. 184

Gencaile.az-ın “Tələbə bileti”nin budəfəki qonağı Türkiyədə təhsil alan Suqra Cəfərovadır. O, tarix ixtisası üzrə magistr təhsilini artıq başa vurub. 

– Türkiyə qardaş ölkədir, ikinci vətənimizdir. Ancaq hər halda evdən, yaxınlarından uzaqdasınız. Çətindirmi?

– Bəli,  ikinci vətənimiz olaraq qəbul etsək də, orada da bir xarici vətəndaş  olaraq qəbul edilirsən. Baxmayaraq ki, yerli insanların Azərbaycana qarşı sevgisi böyükdür. Ali  Təhsil həyatımının davamı ümumilikdə 3 il olduğu üçün demək olar ki, bu çətinliyin də öhdəsindən fərqli məşğuliyyətlərlə birlikdə gələ bildim. Nəfəs aldığımız anın belə çətin olmuş olduğunu qəbul edərsək, çətin olmayan heç bir şeyin olmadığını da qəbul etmiş oluruq. Önəmli olan o çətinlikləri görüb, dəf edə bilməkdir.

– Yəqin tələbələrlə birlikdə yaşayırsınız. Evdə neçə nəfərsiniz?

14171996_1152791138097309_2145659003_n

Türkiyə Prezidenti R.T.Ərdoğanın xanımı Əminə Ərdoğanla

– Türkiyədə olduğum müddətdə qazandığım təqaüdə tələbələrin yaşayış yer ilə təmin olunması daxil idi. Mən də bu fürsətdən istifadə edərək, 4 fərqli ölkədən olan qız tələbələrlə yaşamağa üstünlük verdim.

– Ev işlərini necə bölürsünüz? Tutaq ki, axşam yeməyi hazırlamaq lazımdır…

– Türkiyədəki yataqxanalarda bu kimi işlər idarə tərəfindən təyin edilmiş xüsusi təmizlikçilər tərəfindən günlük edilməkdədir. Amma əlbəttə ki, otaqdakı rahatlığımızı. Otağın düzənini  qızlarla bərabər şəkildə yaratmağa çalışırdıq.

– Aylıq xərclər kəllə-çarxa çıxanda vəziyyətdən necə çıxırsınız? Yoxsa belə hallara qarşı hansısa respetiniz var…

– Verilən təqaüd ölkədəki həyat rifahına görə hesablanıbdır. Buna görə də artıq təqaüdünün idarəedilməsi sənin öz əlində olur. Xüsusi bir resept isə o ola bilər ki, pul vahidinə heç bir zaman təslim olmamaq.

– Siz Almaniyada da müəyyən müddət ərzində kurs keçmisiniz. Bu kurs nə ilə bağlı idi? Hansı nəticələr əldə etdiniz?

– Mənim  təhsilimlə bağlı ikinci xarici bir ölkəyə  getməyimin əsas səbəbi  Avropa Birliyi tərəfindən  qazandığım təqaüd proqramıyla  diplom işi mövzumun tədqiqat araşdırılması olubdur. Nəticə olaraq  isə Azərbaycan Tarixində Qadın ( XVI-XVIII) adlı mövzu araşdırmamı zəngin kitabxanaların köməkliyilə bitirmiş oldum.

– O mövzuda indiyədək bizə məlum olmayan hansısa faktlar aşkarladınız yəqin ki…14159167_1152791401430616_352298374_n

– Bu mövzu Azərbaycanın dövlətçilik tarixində önəmli yer tutmuş Səfəvilər dövründə saray qadınlarının siyasi və əsgəri fəaliyyətini, o cümlədən siyasi evliliklərini  də əhatə etmişdir. Təhsilli olmaqlarıyla birgə Pərixan, Məhinbanu kimi saray xanımlarımızın hökumət işlərində hər cür maneələrə baxmayaraq fəaliyyət göstərməkləri qadınlarımızın mövqelərinin çox dayanıqlı olduğunu göstərir. Maraqlı bir açıqlama olaraq deyərdim ki, məsələn Məhunbanu xanımın Hürrəm Sultanla aralarında yazılmış məktublar olubdur. Bildiyimiz kimi, o dönəmlərdə heç də Səfəvilərin Osmanlılarla əlaqələri yaxşı olmayıbdır. Buna baxmayaraq cəsarətli addım ataraq şəxsən özünün yazmış olduğu məktubu  və yeni tikilmiş Süleyaniyyə Camisi üçün hədiyyələri Hürrəm Sultana  göndərib. Araşdırma sonucunda bir nəticəyə gəldim ki,  əgər o dönəm qadınlarımız haqqında film çəkilmiş olardısa, güman edirəm ki, bu tarixi real personajlara maraq Möhtəşəm Yüzyıl filmindəki  Hürrəm Sultana göstərilən maraqdan az olmazdı. Çünki  bu tarixlər ərzində tariximizdə Qadınlar səltənəti adlandıra bildiyimiz dönəm yaşanılıbdır.  Tarixdəki  möhtərəm qadın isimlərini  sadalarkən, heç də Möminə Xatun, Sara Xatun kimi isimlərdən ibarət olmadığını bu kimi çalışmalarla göstərilmiş olmasını istədiyim üçün tarix elmində qadın çalışmaları sahəsi üzrə də ixtisaslaşmaq istəyirəm.

– Həmin məktubların məzmunu nədən ibarət idi?

– Ölkələr arasında yaranmış xoşolmayan vəziyyətin düzəlməsində qadınların bu diplomatik yazışmalarının rolu vurğulamışdır. Hətta Hürrəm Sultan da məktuba cavab şəklində məktub göndərmiş, qadınların  Sultanların səsi olduğunu bildirmişdir.

– Almanlarla bizi, türkləri müqayisə etmək üçün kifayət qədər müşahidə apara bildinizmi?

– Vaxtımın böyük bir hissəsini  tədqiqata həsr etdiyim səbəbiylə  kifayət edəcək şəkildə olmasa da müşahidələrimi aparmağa çalışdım. Bütün dünya insanlarının böyük qisminin sahib olduğu gülər üzlü simaya, köməksevər niyyətə və gözəl ürəyə sahib olduğunu kəsinliklə deyə bilərəm. Zamanlarına qarşı çox məsuliyyət daşıyan almanlara olan hörmətim böyükdür. Bəlkə də bu səbəbə görə əlaqə qurmuş olduğum insanların böyük əksəriyyəti alman idi. Çevrədəki insanların qarşıdakı insana olan təsirinin əhatəsi genişdir. Və bu təsir məndə  sabit bir vərdişimin olmasına qədər gətirib çıxartdı.14233755_1152791208097302_650347968_o

– Gənclərə niyə xaricdə oxumağı tövsiyə edirsiniz? Yoxsa bu, vacib deyil?

– Xaricdə təhsil almaq bir insanı fərqli akademik çevrə ilə tanış etdirmiş olur. Onun da içərisində təhsilin keyfiyyəti daxil akademik əhatədə olan insanların bir-birinə olan davranışları belə daxildir. Bu gün dünyanın birinci dərəcəli ölkələrin tələbələri üçün xaricdə təhsil önəm daşıyırsa, inkişaf etməkdə olan ölkə insanları üçün daha çox daşımalıdır. Biz fərqli pəncərələr görərək, öz pəncərəmizdən doğru istiqamətə baxmağı öyrənəcəyimiz üçün vacibiyi həmişə olmalıdır.

– Türklər, daha doğrusu türk gənclər Qarabağ münaqişəsi haqda nə düşünür?

Baxmayaraq ki, Türkiyədə bu mövzuda çox sayda tədbirlər keçirilir, amma yerli əhali arasında dəqiq məlumatlı olanların sayı çox azdır. Bu da əlbəttə, göstərir ki,  başqa məkan insanlarının bilgiləndirilməsinə gərək var.

Söhbətləşdi: Vüsal

14203531_1152808874762202_1341042824_o

14218034_1152809114762178_2023196397_n

14218238_1153867224656367_1749285092_n

14218601_1152791178097305_1287206691_n

14249142_1152805454762544_841342675_n

14256817_1152805458095877_286487339_n




2 şərh ““Səfəvi və Osmanlı sultanlarının xanımları nə barədə yazışırdı?” – Azərbaycanlı tələbənin tədqiqatından

  1. Xalidə Xəlilzadə

    Salam.

    Məqalədə qeyd olunan Azərbaycanda Qadınlar Səltənəti mövzusu çox diqqətimi çəkdi. Tarixə olan marağımı nəzərə alsaq, bu mövzuda məlumat almaq istərdim. Suqra Cəfərovanın bu mövzudakı elmi işini oxumaq istərdim, əgər mümkün olsa. Nə məsləhət görürsüz? Xanımın özü ilə necə əlaqə saxlamaq olar?

    Cavabla
    1. Gənc Ailə Post author

      Salam, Xalidə xanım.
      Siz hər hansı əlaqə koordinatı (telefon, mail, facebook adresi və s.) yazın, Sizi əlaqələndirməyə çalışarıq.

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir