corek

Boyat çörəkdən hazırlanan 4 dadlı yemək

Baxış sayı: 2. 007

Boyat çörəkləri atmaq və ya quşlara yem etmək əvəzinə daha da faydalı halda istifadə edə bilərsən. Necə? “Gencaile.az”-ın Foxy.az-a istinadən təqdim etdiyi reseptləri hazırlayaraq.

Çörək qovurması

Boyat çörək dilimlər halında doğranılır. Tavada qaynar halına gətirilmiş kərəyağə ilə qovrulur. Çörəklər qovrularkən üzərinə soyuq su da əlavə edilir. Yaxşıca qarışdırıldıqdan sonra qazanın qapağə bağlanılır və 5 dəqiqə bişirilir. Bu yeməyi qızardılmış toyuq və ya kotletlə bəbar servis edə bilərsən.

Dilim pizza

Boyat çörək dilimlərinə kərəyağı çəkilir. Yumurta, ağ pendir, çəfəri və pul bibər qarışdırılır çörək dilimlərinin üzərinə bol-bol çəkilir. Bu qarışıma kiçik doğranmış pomidor və acı bibər də əlavə edilə bilər. Dilimlər pendir qızarana qədər sobadan qızardılır.

Boyat çörək şiriniyyatı 

Boyat çörəklər xırda-xırda dilimlənir və sobada suxari halına gətirilir. Bir çörək üçün 2 stəkan şəkər ili 2 stəkan su qaynadılır. Yarım limonun suyu əlavə edilir. Hazırlanan şərbətsoyuduqdan sonra çörək dilimlərinin üzərinə gəzdirilir. Mövsüm meyvələri çörək dilimlərinin üzərinə düzülür.

Çörək halvası

Bir qazanda 3 stəkan ovulmuş çörək içini, yarım stəkan ərimiş margarin və ya kərəyağında tez-tez qarışdıraraq xəfifcə qızarana qədər qovrulur. Başqa bir qazanda isə 1 stəkan şəkər və 1.5 süd qaynadılır ilıqlaşdırılır. Vanil də əlavə edilir. İlıq süd şərbəti çörəkli qarışıma qarılır. Qazanın qapağı bağlı şəkildə 15 dəqiqə saxlanılır. Dənə-dənə olan halvalar servis boşqabına qoyulur kokos qırıntıları ilə bəzədilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir