toy

Axır ki, STADİONDA TOY OLDU – FOTOLAR

Baxış sayı: 1. 449

3 il əvvəl Türkiyə çempionatının “Beşiktaş” – “Kasımpaşa” qarşılaşmasının fasiləsində tanış olan cütlük münasibətlərinin “Vodafone Arena”da rəsmiləşdiriblər.

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, 31 yaşlı zərgər və dizayner Penok Aris Gelgeç bankda çalışan Hande Baranla evliliyini stadionda qeyd edib. 3 il əvvəl tanış olan gənclərin dostluğu tezliklə məhəbbətə çevrilib. Gənclər toyu “Beşiktaş”ın stadionunda, bal ayını Bodrumda keçirməyə qərar verib.

Cütlüyün toyunda 150-yə yaxın qonaq iştirak edib. 3 saat davam edən məclisdən sonra gənc ailə Bodruma yollanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir