xestelik

Qrip olmaq istəyənlərin əməl etməli olduğu 10 qayda

Baxış sayı: 1. 809

Havalar soyuduqca, ətrafımızda qrip infeksiyasına yoluxanların da sayı artır. Qrip olan insanlarla eyni əhatədə olmaq isə yoluxma ehtimalını artırır. Bəs qrip olmamaq üçün nə edə bilərik?

“Gencaile.az” Aile.lent.az-a istinadən qripə yoluxmamaq üçün əməl etməli olduğunuz 10 qaydanı təqdim edir.

1. Əllərinizi tez-tez yuyun. Əlləri sabun və su ilə 20 saniyə yumaq lazımdır. Yanınızda su ilə sabun yoxdursa, alkoqol tərkibli nəm salfetdən istifadə edin. Bu, xəstələnmə, ya da evə qrip mikrobunu daşıma riskini minimuma endirə bilər. Əl-ələ salamlaşmayın. Onun yerinə qucaqlaşın. Qucaqlaşaraq, mikroba yoluxma riskiniz daha aşağıdır. Gözlərinizə, burnunuza, ağzınıza toxunmamağa çalışın. Qrip əlamətləriniz varsa, işə getməyin.

Əllərini ağzına tutaraq asqıran xəstələrin toxunduğu yerlərdə viruslar saatlarla və hətta günlərlə canlı qala bilər. Asqırdıqdan sonra əllərinizi yumadan gözlərinizə və burnunuza toxunmayın.

2. Şəkər, spirtli içki, işlənmiş qida qəbulunu azaldın. Yüksək miqdarda keyfiyyətli protein qəbul edin və tərəvəz yeyin.

Yemək bişirərkən sarımsaq, zəncəfil, sarıkökdən istifadə edin.

Hər gün bir kasa qaymaqsız qatıq yeyin.

İsti toyuq şorbası için. Şorbanın istiliyi burun və boğaz şikayətlərini azaldır.

3. Stress və çox yorğunluq immuniteti zəiflədir. Daha çox dincəlin. Yorğun bədən immunitet sisteminin zəifliyi və xəstələnmə riskinin artması anlamına gəlir. Qrip keçənə qədər ən az 7-8 saat yatın. Yaxşı kitab və bir fincan isti çayla yatağa girin və tez yatmağa çalışın. İsti çay içmək sinus infeksiyalarından qorunmağa yardım edir.

4. Bol vitamin qəbul edin. Xəstəlikdən qorunmaq üçün 2 həftə bitki tərkibli A vitamini, sink, C vitamini qəbul edin. Hamilələr A vitamini istifadə etməyərək sadəcə hər gün 2000 mg C vitamini və 2000 mg D vitamini qəbul etməlidirlər.

5. Şəfalı otlardan faydalanın. Bitki tərkibli tövsiyələr immuniteti gücləndirmək və qorunmaq üçün həmişə dəstək olur. Bir çox bitkilər güclü virus əleyhinədir və immuniteti gücləndirir. Gündə iki dəfə 1-2 çay qaşığı (2-7 yaşındakı uşaqlar üçün bu miqdarın ¼ və 8-12 yaşındakı uşaqlar üçün bu miqdarın ½ hissəsi) ekineziya çayı için. Hamilələr və süd verən analar da içə bilər.

6. Gündə ən az 8 stəkan su için. Xəstələndiyinizdə ilıq su, zəncəfil, bal, limon, darçın, adaçayı, cökə kimi içkilərə üstünlük verin. Süd və südlü içkiləri soyuqdəymə zamanı və qrip ikən içməyin.

7. İdman edin və idman edərkən tərləyin.

8. Burun axıntısını udmayın. Sümürərək çıxarmaqdan utanmayın. Bu, infeksiyaya səbəb olan mikroorqanizmlərin atılma yoludur. Kağız salfet istifadə edib atın.

9. Qrip olmusunuzsa, dərhal antibiotik qəbul etməyin. Bir həftə içində sağalmasanız onda antibiotik istifadə edə bilərsiniz.

10. Qrip əleyhinə peyvənd qripdən həqiqətən qoruyur. Unutmayın, peyvənd olunduqdan 10-14 gün sonra immunitet qazanılır. Artıq qripə yoluxmusunuzsa, ya da peyvənd olunduqdan sonrakı 2 həftəlik dövrdə qripə yoluxsanız, peyvəndin təsiri qalmaya bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir