masin

Sükanı tutmaq formanız sizin haqqınızda nələr deyir?

Baxış sayı: 1. 698

1. Minimalist. Həyatı bacardığın qədər sadə yaşayırsan.Ətrafını lazımsız əşya və insanlarla doldurmursan.Gələcəyi olmayan münasibətlərə girmir, bir- neçə dostla kifayətlənirsən. Lakin sıxıcı deyilsən, ətrafdakılar sənin zövqünü və həyata nikbin baxışını dəyərləndirirlər.

2.Prikolist. Sənin beynin daima müxtəlif çılğın ideyalar düşünür. İstənilən vəziyyətin məzəli tərəfini tapıb , gülə bilirsən. Çox əyləncəli və enerjili insansan. Əsl kreativ dahisisiən. Artistlik qabiliyyətin isə ətrafında çoxlu dostların cəmləşməsinə səbəb olur. Onlar bilirlər ki, kəskin zəkaya görə, səninlə yarışmaq olmaz.

3.Sülhməramlı. Sən mübahisələri sevmirsən, münaqişlərə sənin ruhi harmoniyana ziyan vura bilməz. Əgər nə zamansa səsini qaldırırsansa doğmaların, heyrətlənirlər və başa düşürlər ki, nısə ciddi hadisə baş verib.Bütün gücünü yaxınlarınla münaqişlərin qurulmamasına yönəldirsən.

4.Perfeksionist. Ən kiçik detallara əhəmiyyət verirsən, hər şey planla hərəkət edəndə xoşuna gəlir. Nəsə edəndə onu yaxşı etməyə çalışırsan Bu yəqin ki, sənin uğurlar qazanmağına kömək edəcək. Başqalrı sənin təhsildə, işdə, münasibətlərdə ucaldığın zirvəyə qibtə edə bilərlər.

5.Həyəcanlı. Sən tez- tez öz həyəcanınla mübarizə aparmalı olursan Dəfələrlə evə qayıdırsan ki, qapını, qazı, elektriki yenidən yoxlayasan. Risk etməyi sevmir, ancaq əmin olduğun yollarla gedirsən. Yaxınların səni sevir və rahatlamana yardımçı olmağa çalışırlar. Əslində bu əmin olmayan qorxaq naturanın altında əla insan dayanır. Macəraçı

6.Riskləri və kəskin duyğuları sevirsən. Həyatdan maksimum dad almağa çalışır, bıçaq üstündə yeriməkdən belə qaçmırsan. Sevərkən belə son həddəcən gedirsən.Dostların bu kəskin duyğulardan qorxur, səni təkarlamırlar.

7.Boss. Anadangəlmə lidersən. Hadisələrə nəzarət etmək və hər kəsin önündə olub, problemləri aradan qaldırmaq kimi istedadın var. Ətrafdakılar tövsiyə və dəstək üçün sənə müraciət edirlər. Özünə əmin olduğun üçün onlar da sənə güvənirlər.İşdə bu liderlik xüsusiyyətinə görə, səni tez- tez tərifləyirlər. Səni tamamlayan insan tapmaq çətindir. Lakin öz tayını tapanda düşünəcəksən ki, gözləməyə dəyərdi.

8.Etibarlı. İnsanlar səni sevirlər. Sən ailən üçün böyük dəstəksən. Başqalarının uğuruna ürəkdən sevinir və bunu dilə gətirməkdən utanmırsan. Əla dinləyicisən. Buna görə tez- tez sənə məsləhət üçün müraciət edirlər. Başqalrına təşəbbüs irəli sürməyə imkan verirsən. Belə olan halda da başqaları sənin işlərini görərkən sən həyatdan həzz alırsan.

9.Güclü. Həyata baxışlarına qibtə etmək olar. Hər şeyi ürəyinə yaxın buraxmırsan Ətrafdakılara elə gəlir ki, sənin heç nə vecinə deyil. Hətta ən çətin məqamlarda soyuqqanlısan. Hər günü bayram kimi yaşayırsan. Vaxtını şən keçirmək istəyənlər məmnuniyyətlə sənə müraciət edirlər.

10.Tank. Sən həmişə məşğulsan.Yolunda dayanan insanlarla höcətləşməyə vaxtın yoxdur. Ətrafdakılar sənin məqsədlərin uğrunda mübarizənə heyrandırlar. Sənə istənilən vəziyyətdə güvənmək olar. İstənilən işdə uğur qazanmağa gücün çatır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir