sevgi

Platonik sevgi nədir?

Baxış sayı: 2. 486

Kiməsə qarşı platonik eşq yaşamaq sevgisi üçün mübarizə aparan ninja olmaq deməkdir. Platonik sevgi yaşayan biri necə davranar?

Hər gün müntəzəm olaraq həmin adamın sosial media hesablarını yoxlamaq, 7 nəslinin bütün üzvlərini tanımaq, onlar haqqında hər şeyi bilmək, şəkillərini bəyənən insanların hər birini bir-bir analiz etmək, giriş-çıxış saatlarını hesablamaqdır platonik sevgi.

Platonik eşq yaşayan biri sevdiyinin gözünə hər zaman gözəl görünməyə çalışar. Gözəllik salonlarına tez-tez gedər, güzgüyə çox baxar, saatlarla şkafın qarşısında oturub “nə geyinim?”, – deyə düşünər.

Söhbət edərkən anidən gözlərini ona zilləyər, o, baxdığında baxışlarını qaçırar. Yanındaykən belə, onun üçün darıxmaqdır platonik sevgi.

İstər dünyanın ən çirkini olsun,  ancaq o, onun üçün ən gözəl və ən mükəmməl biridir.

Hər hərəkətlərindən bir məna çıxarmağa çalışar – “Mənə baxdı, görəsən o da məni sevir?”

Onunla söhbət edən hər qarşı cinsin nümayəndəsinə düşmən olmaqdır platonik sevgi.

Sevdiyinin adi gülümsəməsi belə onun həyatını gözəlləşdirər.

Musiqi zövqü dəyişər. Həmişə sevgi musiqiləri dinləyər.

Amma həyat qarşı tərəfdən bir şeylər gözləmək üçün çox qısadır. Gedin və ona sevdiyinizi deyin. Həyatınızı yaşayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir