sine

Sinə böyütməyin 5 üsulu

Baxış sayı: 52. 133

Əməliyyatsız böyük sinələrə qovuşmaq xəyalınız gerçək ola bilər.  Mütəxəssislərin rəyinə görə, ideal qadın sinəsi kişinin əlinə yerləşəcək qədər olmalıdır, amma qadınlar istəyir ki, bu ölçü daha da böyük olsun. Bu istəyə nail olmaq üçün bıçaq və iynə altına uzanmaq heç də asan məsələ deyil. “Gencaile.az” saytı sinəni böyütməyin 5 təbii yolunu təqdim edir.

 

İdman

Döş əzələlərinin kiçik olmasına baxmayaraq, idman zalında məhz bu dərialtı əzələlərə xüsusi diqqət göstərilməlidir. Böyük və kiçik döş əzələləri kürəyin, çiyinlərin, əllərin və sinənin daha gözəl hərəkəti üçün böyük işlər görür. Bundan əlavə idmanla sinəni böyütmək istəsəniz süd vəzisi ilə ehtiyatlı olmaq lazımdır. Əgər bərk zərbə alarsa müəyyən problemlər yarana bilər. Ona görə də fərdi anatomik xüsusiyyətləri nəzərə alıb bu işi təlimçi ilə etmək daha doğrudur. Belə ki, idmana başlamazdan əvvəl yaxşı təlimçi araşdırıb tapmalı və proqramınızı müəyyən etməlisiniz. İdmanla ən effektli nəticəni qurbağa şəklində üzməklə, hantellə pres etməklə və avarçəkmə ilə əldə etmək mümkündür. Amma bir şeyi də bilməyiniz vacibdir ki, bu fitness döşlərin ölçüsünə deyil, forması və boyuna daha yaxşı təsir edir.

 

Kremlə

Ev şəraitində sinənin böyüdülməsinin ən asan yolu gözəllik vasitələrindən istifadə etməkdir. Xüsusilə də bu hissə üçün hazırlanmış vasitələri seçmək lazımdır. Bədən üçün olan bütün kremlər sinə üçün uyğulana bilməz. Əgər onların tərkibində nəmləndirmək, qidalandırmaq və elastiklik üçün elementlər varsa o zaman onları çəkinmədən sinəyə çəkə biləriniz. Anti-sellülit üçün olan kremləri isə bədənin digər hissələrinə uyğulasanız daha yaxşı olar.

Sinə üçün nəmləndirmə təsiri bağışlayan efir yağlarından və vitaminlərdən əlavə yaxşı təsirə malik kremlər, losyonlar və gellər də vardır ki, bunları nəticə əldə etmək üçün tez-tez istifadə etmək lazımdır. İlk olaraq soya, sarmaşıq və digər bitkilərdən alınan fitoestroqenlərdən (qadın cinsi hormonları ilə bağlı bitki mənşəli maddələrdir) yararlanmaq lazımdır. İkinci isə qan dövranını gücləndirən, qanın süd vəzilərinə hərəkətini təmin edən vasitələrin (mavi gil, kigelin) istifadəsinin vacibliyidir. Onlardan tez-tez istifadənin nəticəsini qısa müddətdə döşlərdəki yüngül şişliklə hiss edə bilərsiniz. Bu vasitələrdən müntəzəm istifadə (ən azı 2 ay) təkcə dərinin deyil, həm də döşlərin elastikliyini müsbətə doğru xeyli dəyişəcək.

 

Masaj

Əl masajı maksimum yumşaq hərəkətlərlə edilməlidir. Əks halda döşlər zədələnə və çatlar əmələ gələ bilər. Masaj zamanı əli azca kremləyə və ya yağlaya bilərsiniz. Döşlərin böyüdülməsi üçün istifadə olun masaj texnikası belədir: sağ döşü sol, sol döşü isə sağ əllə masaj etmək düzgündür. Masaj əlləri üfüqi vəziyyətdə açaraq çənədən sinəyə doğru pres hərəkətləri edilir. Gündə 10-15 dəqiqə masaji tətbiq etmək lazımdır.

Su masajı texnikasında isə döşlər və dekolte hissə sərin duş alır (elastikliyin itirilməsinin əsas amillərindən biri isti sudur). Döşə axan su istiqamətində yumşaq hərəkətlərlə bir döş, daha sonra digəri 2-3 dəqiqə masaj edilməlidir.

İstənilən masaj növündən sonra döşlərə dəstək üçün büsthalter geyinmək məsləhətlidir. Yeri gəlmişkən qeyd edək ki, masaj üsulu ideal nəticə üçün ən sürətli vasitədir.

 

Pəhriz

İlk onu qeyd edək ki, həmişə məsləhət görülən kələm və maya döşlərin böyüdülməsi üçün uğurlu pəhriz deyil. Təəssüf ki, döşləri böyütmək üçün xüsusi pəhriz yoxdur, bütün qidalar yalnız onun formasına yaxşı təsir edir. Sadəcə soyalı ət və ya soya südü içməyə cəhd edin. Bu yaxşı nəticə üçün gərəklidir.

 

Qamətinizi düzəldin

Qamətinizi düzəltmək üçün məşq edin. Bu hərəkətlərin köməyi ilə istəyinizə nail ola bilərsiniz: içəriverilmiş qarın, yuxarıdartılmış boyun, düz saxlanmış kürək və çiyinlər bu işdə sizə kömək edəcək. Güzgünün qarşısına keçərək bu prosesi öz üzərinizdə təkrarlayın. Siz əmin ola bilərsiniz ki, düzgün qamət sizi ani liftinqlə təmin edir. Bu sizə döşlərinizi böyütməklə yanaşı, həm də, qamətinizi düzgün şəkildə istiqamətləndirməyə də kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir