dem qazi

Dəm qazından zəhərlənmənin simptomları nələrdir və ilk yardım necə olmalıdır?

Baxış sayı: 1. 845

Son vaxtlar dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir.

Dəm qazı (və ya karbon monoksid – CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.

Dəm qazından zəhərlənmə evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası, hamam “kolonka”sı düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür.

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evin ventilyasiya sistemi yaxşı işləməli, hamam otağında və mətbəxdə mütləq hava çəkən (“vıtyajka”) olmalı, mətbəxdə nəfəslik daim açıq qalmalı, hamam otağının qapısının aşağı hissəsində dəliklər açılmalıdır.

Dəm qazından zəhərlənmənin simptomları bunlardır:

– başgicəllənmə,

– baş ağrısı,

– gicgahlarda nəbzin vurulması,

– sinədə ağrılar,

– quru öskürək,

– təngənəfəslik,

– ürəkbulanma,

– qusma.

Daha ağır hallarda qıcolmalar, bayılma. Nəzərə almaq lazımdır ki, dəm qazından zəhərlənmiş insana vaxtında lazım olan yardım göstərilməzsə, o tez bir zamanda həyatını itirə bilər.

Dəm qazından zəhərlənmə zamanı ilk yardım:

– zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə)

– əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq

– ona yarıoturaq (!) vəziyyət vermək

– zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq

– qəhvə, tünd çay vermək (xəstə bayılmayıbsa).

Dəm qazından zəhərlənmənin ilk simptomlarında dərhal “təcili yardım” çağırın! Hətta yüngül zəhərlənmədən sonra insan mütləq həkimin müayinəsindən keçməlidir.

Saglamolun.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir