Spaqetti bişirərkən diqqət etməli olduğunuz xırda cəhətləri nəzərə alsanız, yeməyiniz daha dadlı olar. “Gencaile.az” ləzzətli spaqetti bişirməyin qaydalarını təqdim edir.
– Spaqettini qaynadarkən suyuna bir az kərə yağı və ya qarğıdalı yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz.
– Su qaynadıqda makaronu suya əlavə etməzdən əvvəl suya bir-iki çimdik duz əlavə edin. Əgər su qaynamamışdan öncə duzu əlavə etsəniz, su gec qaynayar.
– Makaron qaynadıqdan sonra soyuq suyun altına tutun. Makaronlarınız bir-birinə yapışmayacaq və dənə-dənə qalacaq.
– Əgər makaronun üzərinə tökmək üçün hazırladığınız sousu yağlı etsəniz makaronun yağını çox etməyin.
– Makaronları qaynadarkən dərin və iri qazanlarda qaynadın ki, yapışmasın.
– Qaynatmaq üçün suya 1-2 ədəd xırda doğranmış soğan, kök və fərqli tərəvəzlər əlavə etsəniz onların dadı bir-birinə qarışar və çox ləzzətli bir spaqetti əldə edərsiniz.