deri

Üzünüzdəki dərialtı yağ şişlərindən qurtulmağın yolları

Baxış sayı: 1. 653

Bir çox insanların baş bəlası olan dərialtı yağ şişlərindən (“jirovik”) təbii yollarla xilas olmaq mümkündür.

Digər adı “epidermal kista” olan bu dərialtı yağ şişləri daha çox qulaq arxası, üz və kürəkdə yaranır. İçi sebumla (yağla) dolu olan bu kistalar əsasən zərərsizdir və heç bir müalicəyə ehtiyac duymadan zamanla keçir. Ancaq əgər bu şişlər böyükdürsə, ağrı verirsə və infeksiyaya yoluxubsa, müalicəsi mütləqdir.

Dərialtı yağ şişləri əllə oynadıla bilən, sərt, əsasən sarı, ağ və dərinin öz rəngində olurlar, ağrı vermirlər. Bu şişlərin yaranmasının əsas səbəbi dəriyə yağ (sebum) təmin edən yağ vəzlərinin yolunun tıxanmasıdır. Bundan başqa çox testesteron ifrazı, çox yağ ifrazı, günəş işığı, şişən saç kökləri, sızanağa meylli dəri, təraş və ya tük təmizləmənin yağ şişlərinin yaranmasına səbəb olduğu deyilir.

“Gencaile.az” dərialtı yağ şişlərindan qurtulmanın təbii yollarını təqdim edir.

 

Buxar: Buxar, istilik və nəm yağ şişlərinin yumşalmasına kömək edir. Bununla həmin şişin öz-özünə boşalma ehtimalı olur. Bunun üçün tez-tez isti su ilə duş qəbul edin. Həm də dəsmalı buxarda isidərək, ya da isti suda isladıb sıxaraq şişin üzərinə kompres edə bilərsiz.

Gün ərzində 20-30 dəqiqə olmaqla 3-4 dəfə edin.

 

Çay ağacı yağı: İltihabın qarşısını alan və bakteriyaları təmizləyən çay ağacı yağını gün ərzində 2-3 dəfə şişin birbaşa üzərinə və ətrafına sürtə bilərsiz. İnfeksiya riskini də azaldır.

 

Aloe vera. Aloe vera geli dərialtı yağ şişini yumşaldır, kiçildir və sağalma müddətini qısaldır. Hər gün müntəzəm olaraq yağ parçasının üzərinə bir miqdar aloe geli vurun. Bakteriyaları da təmizləyəcək.

 

Hind yağı: Tez bir zamanda şişin kiçilməsinə yardım edir. Kiçik bir pambıq parçaya, ya da pambığa 4-5 damcı hind yağı damcıladıb yağ parçasının üzərinə yerləşdirin. Sonra üzərinə isti dəsmal qoyun və 30 dəqiqə gözləyin. Gün ərzində 2-3 dəfə edin.

 

Sirkə: Yüksək infeksiya riski olan şişin təmizlənməsinə və kiçilməsinə yardım edir. Sirkəni şişin üzərinə vurub sonra yara bantı ilə bağlayın. 3-4 gün belə saxladıqdan sonra bir balaca pambığı ilıq suda isladıb sirkəni təmizləyin.

 

Bal: Balı məlhəm halına gələnə kimi buğda unu ilə qarışdırın. 1 çay qaşığı bal üçün 1 çay qaşığı un bəs edəcək. Sonra bu qarışımı şişin üzərinə sürtüb 1 gecə bağlı saxlayın.

 

Diqqət:

Dərialtı yağ şişini yumşaltmadan partlatmağa çalışmayın. İynə, ucu iti hər hansı bir şey soxmayın, kəsməyin.

Tez-tez antibakterial sabun xüsusiyyəti olan salfetlə silin. İrin axmağa başladıqca təmizliyə daha çox riayət edin. Çünki bu halda infeksiya riski artır.

Dərialtı yağ şişi iltihablanırsa, rəngi qırmızı olarsa, çox irin axarsa, çox böyükdürsə, həkimə mütləq gedin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir