kitab

Kişilərin kitab oxuması üçün 13 səbəb

Baxış sayı: 1. 330

Hörmətli kişilər, oxuyanlara söz yox amma, hələ də aramızda kitab oxumayanları görürük. Məhz buna görə də kitab oxumaq üçün 13 səbəbi təqdim edirik:

Kitab oxuyarkən söz bazanız genişlənər

Bu da yalnız üç sözdən istifadə edərək qadınlarla məhdud ünsiyyət qurmağınızın qarşısını alar. Bu da bir üstünlükdür.

İfadə çətinliyi çəkməzsiniz

İstədiyiniz şeyi çətinlik çəkmədən dəqiq bir şəkildə izah edə bilərsiniz. Unutmayın, qadınların gözündə dəqiq kişilər bir addım öndədir.

Dil biliyi səhvlərinizi ən aza endirər

Bu da mesajlaşarkən “hər kəs”, “yalnız” kimi  ifadə səhvləri etmənizin qarşısını alar. Həqiqətən bu bəzi qadınların çox böyük əhəmiyyət verdiyi məsələdir.

Üfüqünüz genişlənər

Öz kiçik dünyanızdan ayrılıb hadisələrə daha geniş bir çərçivədən baxa bilərsiniz. Dar düşüncəli kişilər qadınların seçim sıralamasında ən sonlardadır.

Təxəyyülünüzün limitləri aradan qalxar

Xəyal gücü yüksək olan kişi və qadınlar sürpriz etmək mövzusunda da olduqca comərd (alicənab) davranır. Bu da sizə daha bir üstünlükdür.

Daha anlayışlı olarsınız

Təxəyyülünüz genişləndikcə daha anlayışlı biri olarsınız. Qarşınızdakını dinləyər və çətinliyi anlamağa çalışarsınız.

Daha məlumatlı olarsınız

Təbii olaraq, bunu qarşınızdakı insanla da paylaşarsınız və onun da məlumat səviyyəsinin artmasına köməkçi olarsınız. Bu, qadınların diqqətini çəkməyin zirvəsidir.

Danışacaq daha çox mövzunuz olar

İstisnalar xaric qadınlar, ümumiyyətlə, danışmağı sevirlər. Danışacaq mövzu tapa bilmədiyinizi düşünün, bu qadınları sizdən uzaqlaşdıran vəziyyətdir.

İntellektual olarsınız

Bir qadının diqqətini çəkməyin ən təbii yollarından biri də intellektual görünməkdir. Bu sizin oyuna 1-0 öndə başlamağınız kimidir.

Kitab oxumaq zəkanızı da inkişaf etdirər

Beləcə, daha zəkalı biri ola bilərsiniz. Hadisələr qarşısında praktik həll yolları tapa bilməyiniz qadınların axtarıb tapmadığı bir şeydir.

Nizam, nizam, nizam!

Kitab oxuyan insanlar daha nizamlı olurlar. Qadınlar üçün, xüsusilə də, uzunmüddətli əlaqələrdə planlı, proqramlı bir kişi hər zaman ən bəyənilən tipdir.

Qərarlı biri olmanıza yardım edər

Kitab oxuyan insanlar eyni zamanda nə istədiyini də yaxşı bilən insanlardır. Qadınlar bir gün başqa, digər gün başqa düşünən kişiləri bəyənmirlər. Qərarlı və istədiyini ala bilən, bunun üçün mübarizə aparan kişinin  qadınların gözündəki dəyəri olduqca çoxdur.

Heç bir təsiri olmazsa, özünüzə sərmayə etmiş olarsınız

Deyək ki, çox kitab oxuyan birisiniz, amma yenə də qadınlarla olan əlaqəniz çox da yaxşı deyil. Olsun, bu zaman da qazanan siz olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir