toy

Toya hazırlaşan xanımlara 5 tövsiyə

Baxış sayı: 1. 787

1. Toya bir neçə gün qalmış qaralmaq
Dərinin təbii qaralıq əldə etməsi üçün bir neçə gün keçməlidir. Günəşə çıxmadan qaralmaq istəyirsinizsə, qaraldıcı məhsulları dərinizə toydan ən azı 3 gün əvvəl sürtməlisiniz.

2. Saç və makiyajı əvvəlcədən müəyyən edin
İnternetdən tapıb bəyəndiyiniz saç və makiyaj tərzi sizin üçün doğru seçim olmaya bilər. Toy günü əhvalınızı korlamaq istəmirsinizsə, seçdiyiniz saç və makiyajın yaraşıb-yaraşmadığını əvvəlcədən müəyyən etməlisiniz.

3. Parıltıda ifrata varmaq
Haylayteri ancaq almacıq sümükləri və qaşların altına, göz ətrafına, bir də sinə dekoltesinə çəkin. Alnınıza və burnunuza isə haylayter sürtməkdən çəkinin. İşıltıdan çox istifadə üzünüzü olduğundan parıltılı göstərəcək və təbii effekt vermədiyi üçün heç də yaxşı görünməyəcək.

4. Yeni trendləri sınaqdan keçirmək
Toy günündə ideal görünmək üçün, xarici görünüşünüzdə hər hansı mühüm dəyişiklik etməyə ehtiyac yoxdur. Əsas odur ki, dəriniz gözəl və təravətli görünsün. Toya yaxın yeni saç kəsimi və ya saç rəngi uğurlu sınaq deyil. Radikal dəyişiklik istəyirsinizsə, bunu toydan ən az 3 ay əvvəl reallaşdırın.

5. Keyfiyyətsiz kosmetik məhsullar
Toy həyəcanı və rəqslər daha çox tərləməyə səbəb olur. Kosmetikanın axmaması üçün keyfiyyətli kosmetik məhsullardan istifadə etdin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir