Xınayaxdı mərasimi haqqında

Baxış sayı: 7. 304

 

Azərbaycanın milli toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr ( qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.

Milli toy adət-ənənələrimiz həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.

Qədimdə bu adətlər bir-bir yerinə yetirilərdi

Qız bəyənmə

 Qızgördü

 Xəbər göndərmə

 Elçilik

 Nişan üzüyü

 Bəxt güzgüsü

 Xonça gətirmə

 Üzük xonçası

 Haxışda /Haxışta

 Bayramlıq

 Danışığagəlmə

 Cehiz

 Kəlləqənd

 Fətirüstü

 Çörəkbişirdi

 Paltarbiçdi

 Qız şahı

 Xınayaxdı

 Gəlinin cülusu

 Kəbin kəsdirmə

 Südpulu

 Gəlinlik paltarı

 Gəlinbəzəmə

 Bəylik papağı

 Bəylik paltarı

 Qız toyu

 Saçkəsdi

 Yolkəsdi

 Gəlin aparma

 Oğlan toyu

 Sağdış – soldış

 Qurşaq bağlama / Qurşaqlama

 Kəmər

 Şabaş

 Simvolik bəy oğurluğu

 Üzəçıxdı

 Üçgünlük

 Təzəgəlin

 Gəlinin qırxgünlüyü

 Gəlingördü

 Ayaqaçdı

 Qonaqçağırma

 Nəvəgörmə

Qızlar otağın birinə yığışır və qız yengəsi islanmış xınanı götürüb ortada oynamağa başlayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O isə boş kasaya pul atıb xınanı götürür. Oynaya-oynaya qızın yanına gəlir, onun əllərinə, ayaqlarına xına qoyulur. Sonra da məclisdəkilərin qabağına gətirilir. Hamı xına qoyub, nəmər salır. Gəlinə xına yaxıldıqdan sonra bəzi bölgələrdə oğlan evinin yaxınları, qohumları gəlinə ayrıca hədiyyə verirlər.

Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Qızın yengəsi, ya da qızın qardaşı arvadı xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyaları gəlinə təqdim olunmağa başlanır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumlarının da payı olur. Əvvəlcə gəlinin qayınanasının gətirdiyi qızıllar hamının gözü qarşısında göstərilərək gəlinin üstünə taxılır.

Əgər zinət əşyalarından iki ədəd olursa, biri sudakı kasanın içinə salınır. Qayınananın gətirdiyi zinət əşyaları təqdim olunduqdan sonra oğlan qohumlarının hədiyyələri təqdim olunur. Oğlanın yaxın qohumlarının gətirdikləri zinət-qızıl əşyaları təqdim edildikcə su ilə doldurulmuş kasaya atırlar. bir qayda olaraq kasa yarıya qədər zinət əşyası ilə doldurulur. Bu qızıllar gəlinə mütləq çatır. Hədiyyə gətirənlər zinət əşyaları ilə yanaşı, oğlan evinin qohumları olaraq xonça da tuturlar.

Qızlar “xınayaxdı”da olanda oğlanlar oynayıb şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər “ikirəngli” çay gətirib bəyin və dostlarının qabağına qoyur. Onlar da çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar. Qızlardan biri xına gətirir və oğlanlar da xınaya çəçələ barmağını batırırlar

Lənkəran toylarında qız toyu ərəfəsində keçirilən “Xınayaxdı” mərasimində bir sıra mahnılar ifa olunur; gəlinin ətrafına toplanmış qız-gəlinlər “Xınayaxdı”, “Əllərə xına yaxanlar”, “Aman nənə” kimi mahnıları oxuyardılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir