Kişilər qadınların bir çox davranışlarını bəyənsələr də, bəzilərini xoşlamırlar. Qadınları da bəzi kişilərdən uzaq saxlayan məqamlar az deyil. “Gencaile.az” Aile.lent.az-a istinadən kişilər və qadınları bir-birindən uzaqlaşdıran xoşagəlməz məqamlarla sizi də tanış edir.
Qadınların xoşlamadığı kişilər:
– Cinsi həyatından bəhs edən kişilər
– Saçlarına çox jele sürtən kişilər
– Həddən artıq adekolon və ya ətir vuran kişilər
– Davamlı özündən bəhs edən kişilər
– Qadınların onlara anaları kimi qayğı göstərməlo olduğunu düşünən, ən sadə yeməyi belə hazırlaya bilmədiyini, təmizlikdən başı çıxmadığını söyləyən kişilər
– Qadınların yerinə qərar verən kişilər
– Rədd edilməsinə baxmayaraq, davamlı inad edən kişilər
– Münasibətdə olduğu qadınla yersiz zarafat edən və qadının bundan xoşu gəldiyini düşünən kişilər
– Əvvəlki sevgilisindən bəhs etmək və hər zaman hamısını pisləmək
– Qazandığı pulla öyünən kişilər
– “Digər kişilər kimi deyiləm” yalanı
Kişilərin xoşlanmadığı qadınlar:
– 10 dənə selfie çəkib, hələ də çirkin çıxdığını söyləyən qadınlar
– Çətin xarakterli qadın rolunu oynayan qadınlar (çünki artıq naz aşiq usandırar)
– Ağıllı olmayan və ya axmaq davranan qadınlar
– Silikon dodaqlı və ördəksifət qadınlar
– Saxta sevimli səs tonları və uşaq kimi danışan qadınlar
– Uzun taxma dırnaqlar
– Bədənindən kiçik paltar geyinən qadınlar
– Nə demək istədiyini bilavasitə yollarla izah etməyə çalışan qadınlar