Bütün insanlar bəzən özlərini yorğun, bitmiş hiss edirlər. Ancaq bir fərq var, onlar sakitləşmək üçün özləri üçün üsullar tapırlar. Məsələn, evin içinin darmadağın olması da sizi əsəbləşdirə bilər. Yatağınızın kənarında toplanmış bir yığın paltarla mübarizə aparmaq əvəzinə bütün məsuliyyətlərdən qaçıb gün ərzində televiziyada kinoya baxmaq daha yaxşı bir variant kimi görünür. Lakin bu işləri görməzdən gəlmək və təxirə salmaq yalnız daha böyük dağıntı meydana gətirəcək. Beləcə, sizin əhvalınız get-gedə korlanacaq, işinizn də artacaq. Siz heç bilirsinizmi əslində evdə görəcəyiniz bəzi işlər əksinə, əhval-ruhiyyənizi yüksəldə bilər? “Gencaile.az” Aile.lent.az-a istinadən əhval-ruhiyyəni yüksəldən təmizlik işləri ilə sizi tanış edir.
Bu əməliyyatda 2 mərhələ var: əvvəlcə ətrafı təmizləyin. İkincisi, artıq ilk cəhdi etdiyinizə görə beyniniz daha çox iş görməyə hazırdır. İlk növbədə, bütün təmizlik ləvazimatlarını bir yerə yaxınlığınıza toplayın.
Yeri süpürün
Süpürmək diqqət cəmləmək və beyninizi açmaq üçün mükəmməl bir fəaliyyətdir. Tozları və zibilləri süpürürkən bütün problemlərinizi da süpürüb bir yerə topladığınızı düşünün. Bütün artıqları və pislikləri zibilliyə ataraq (məcazi və həqiqi mənada) onlardan xilas olun.
Yataq örtüklərinizi ütüləyin
Qırış və bükülü qalan yataq örtükləriniz onları ütüləməyinizi gözləyir. Bu ütü işi bəlkə də etdiyiniz təmizlik işlərinə daxil deyil. Lakin bu iş sizin əhval-ruhiyyənizə yaxşı təsir edəcək.
Havalandırmanı tozsoranla təmizləyin
Havalandırmada yığılıb qalan tozları tozsoranla çəkin. Bir tərəfdən beyniniz açılacaq, bir tərəfdən də ruhunuz təmizlənəcək.
Qab-qacaqları yumaq
Qab-qacaqları yuyub təmizləyəndən sonra isə yorğunluğunuzu bir çayla çıxarın. Sanki qab-qacaqlar öhdəsindən gəlmək istədiyiniz işin son mərhələsidir. Yəni qab-qacaqları yumaq üçün yumayın.