goz qelemi

Gözlərdə gizlənən sirr – BUNLARI BİLİRDİNİZMİ?

Baxış sayı: 1. 709

Çox az adam göz kimi unikal orqanın sirrlərinin hələ elm tərəfindən də tam açılmadığını bilir.

“Gencaile.az” “Publika.az”-a istinadən gözlərlə bağlı maraqlı faktları təqdim edir:

Qonur rəngli gözlər əslində qəhvəyi piqment üzərində yerləşmiş mavi gözlərdir. Hətta, qonur gözləri əbədi olaraq mavi rəngə çevirməyin lazer üsulu da var.

Sevdiyimiz insana baxarkən, göz bəbəklərimiz 45%-dək genişlənir.

İnsan gözünün buynuz təbəqəsi akula gözünün buynuz təbəqəsinə o dərəcədə oxşardır.

Siz heç bir zaman açıq gözlərlə asqıra bilməzsiniz.

Bizim gözlərimiz bozun 500 çalarını ayırd edə bilir.

Hər göz 107 milyon hüceyrədən ibarətdir və onların hər biri işığa həssasdır.

Kişi cinsinin hər 12 nümayəndəsindən biri daltonikdir.

İnsan gözü spektrın yalnız 3 sahəsini qavrayır: qırmızı, göy və yaşıl. Digər rənglər sadalanan rənglərin birləşməsindən yaranır.

Gözlərimizin diametri təxminən 2,5 sm və çəkisi 8 q təşkil edir.

Bədənimizdə olan əzələlər içərisində ən aktivi gözləri idarə edən əzələlər hesab olunur.

Gözlərimiz doğuşdan ölənədək ölçüsünü dəyişmir. Buraya həmçinin, qulaq və burnumuz da daxildir.

Göz almasnın yalnız 1/6 hissəsi görsənir.

Bütün ömrümüz boyu ən az 24 milyon müxtəlif təsvirlər görürük.

Bizim barmaqlarımız 40 unikal xarakteristikaya malikdir. Eyni zamanda, gözün qüzehli qişası 256 unikal xarakteristikaya malikdir.

Gözün qırpılması 100-150 millisaniyə çəkir və bir saniyədə 5 dəfə göz qırpa bilərik.

Gözlərimiz saniyədə 50 əşyaya fokuslana bilir.

1 saat ərzində gözlər beyinə külli miqdarda məlumat göndərir. Bu kanalın ötürücülük qabiliyyətini iri bir şəhərin internet provayderi ilə müqayisə etmək olar.

Bizim beynimizə ötürülən təsvirlər əslində çevrilmiş formadadır.

Gözlər beyni ən çox yoran oraqndır.

Hər bir kirpik təqribən 5 ay yaşayır.

Mayyalar çəpgözlüyü gözəllik əlaməti sayardılar və çalışardılar ki, övladları da çəpgöz doğulsun.

Təqribən 10,000 il bundan əvvəl Qara Dəniz ətrafında yaşayan insanlarda mutasiya gedib gözlərinin rəngi maviyə çevrilənə qədər yer üzündə yaşayan bütün insanların gözü qonur rəngdə olub.

Əgər şəkil çəkdirən zaman yalnız bir göz qırmızı rəngdə düşərsə, sizdə göz şişinin olma ehtimalı var (əgər hər iki göz eyni istiqamətə baxarsa). Xoşbəxtlikdən müalicə dərəcəsi 95%-dir.

Gözlərin hərəkəti ilə dəqiqliklə şizofreniyanı müəyyən etmək olur.

İnsanlar və itlər digərlərinin baxışında məna axtaran yeganə varlıqlardır. İtlər bunu yalnız insanlarla ünsiyyət qurarkən edir.

Təxminən 2% qadında nadir genetik mutasiya var və bu əlavə tor qişasından ibarətdir. Bunun sayəsində qadınlar 100 milyon rəng görə bilirlər.

Aktyor Conni Depp sol gözdən kordur və sağ gözündə isə uzağı görməkdə çətinliyi var.

Kanadadan olan siam əkizlərində ortaq talamus orqanları var idi. Bunun sayəsində, onlar bir-birlərinin fikirlərini oxuya və bir-birlərinin gözləri ilə görə bilirdilər.

İnsan gözü hərəkət edən obyekti izləsə, göz hamar (arakəsilmədən) hərəkət edə bilir.

Məhv olmuş cırtdan fillərin qalıqları nəticəsində, Aralıq dənizi adalarının xalqlarında sikloplar haqqında rəvayətlər yarandı. Fillərin kəllə sümüyü insanın kəllə sümüyündən iki dəfə böyük idi və kəllə sümüyünün mərkəzində yerləşən burun boşluğu səhvən göz kimi qəbul edilirdi.

Cazibə qüvvəsinə görə kosmonavtlar kosmosda ağlaya bilmir. Göz yaşları balaca kürə halında yığılır və gözləri qaşındırmağa başlayır.

Dəniz quldurları göz sarğısından bir gözlərinin göyərtəyə digərinin isə ətraf mühitə adaptasiya olması üçün istifadə edirdilər. Bu minvalla, gözlərinin biri parlaq işığa digəri isə tutqun işığa öyrəşirdi.

İnsan gözləri üçün “çətin” rənglər var ki, onu “mümkünsüz rənglər” adlandırırlar.

Biz müəyyən olunmuş rəngləri görə bilirik.

Gözlər 550 milyon il bundan əvvəl inkişaf etməyə başladı. Gözlərin bəsit forması təkhüceyrəli heyvanların zülal fotoreseptorlarından ibarət idi.

Göz büllurunun olmaması Afakiya xəstəliyi adlanır və bundan əziyyət çəkən insanlar ultrabənövşəyi şüaları gördüklərini qeyd edirlər.

Arıların gözlərində tükcüklər olur. Bu tükcüklər uçuş zamanı küləyin istiqamətini və sürəti müəyyən edir.

“Appalon” missiyasının astronavtları iddia edir ki, gözlərini yumarkən işartı və işıq xətləri görürdülər. Sonradan məlum oldu ki, bu işıq kosmik radiasiya nəticəsində yaranır və gözlərinin torlu qişasına Yerin maqnitosfer sərhədindən şüalanır.

Biz beyin ilə “görürük”, gözlər vasitəsilə yox.

Mavi gözlü ağ pişiklərin 65-85%-i kardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir