881408_4

Endoskopik beyin cərrahiyyəsində hansı yeniliklər var? – MÜSAHİBƏ

Baxış sayı: 2. 599

881408_4 (1)İxtira, elm və yaradıcılıq qabiliyyəti olmayan həkim təsəvvür edə bilərsiniz mi?

Müsahibimiz DR. Tural Rəhimli Azərbaycandakı fəaliyyəti zamanı icra etdiyi ağır kəllə əsası şişləri, Endoskopik Hipofiz ve Endoskopik Hidrosefaliya əməliyyatları ilə imkansızlara meydan oxuyan gənc Neyrocərrah kimi tanınıb. Gəldiyi zamanlarda mövcud olan boşluğu yetərincə peşəkarlıqla doldurmağı bacaran DR. Tural Rəhimli Azərbaycan Neyrocərrahiyəsini dünya standartlarına cavab verəcək səviyyəyə qaldırmağa calışmışdır. Beyin xəstəliklərinin ve beyin şişlərinin kəllə qapağı açılmadan Endoskopik yollarla əməliyyat edən müsahibimizin nəticələri dünyanın qabaqcıl mərkəzlərinin nəticələri ilə bənzərlik göstərir.

– Endoskopoik hipofiz əməliyyatları bütün dünyada qəbul görən metoddur. Bu metod nə qədər yeni sayılır?

– Hər bir ixtira kimi bu üsul da gələcəyə doğru atılan bir addım idi. Hər bir cərrahi ixtisas kimi neyrocərrahiyyədə daha az travmatik yola doğru yön dəyişir və dəyişməkdə davam edəcəkdir. Bu üsul da bu addımlardan biri idi. 1990-cı illərdətəqdim olunan və sonrakı illərdə populyarlıq qazanan endoskopik beyin əməliyyatları günümüzdəəksər beyin əməliyyatlarında tətbiq edilir. İlk onillikdə geniş tətbiqedilməsə də, son 20 ildə mümkün olabiləcək hər bir xəstəlikdə endoskop tətbiq edilir. İlk zamanlar klassik neyrocərrahiyyə tərəfdarları bu üsulun məhdudiyyətlərini qabartsalar da, zaman keçdikcə endoskopik əməliyyatların uğurlu nəticələri qarşısında, bu üsulun üstün olduğunu qəbullanıblar. Bundan əlavə bu cərrahiyyənin inkişafında texniki inkişaf, xüsusi dizayn edilən alətlər, nəticələrin uğurlu olması üçün yardımcı olublar.

– Neyrocərrahiyyə ən riskli sahələrdən biridir. Bu risklər endoskopik üsulda da var mı?

– Neyrocərrahiyyə məncə en riskli sahədir. Yalnış bir hərəkət hər şeyə son qoyabilər. İstər endoskopik istər açıq üsulda çox böyük risklər vardır. Burada əsas faktor cərrah və onun təcrübəsidir. Əməliyyatlarda cərraha bağlı olan və olmayan səbəblərdən doğan risklər vardır. Cərraha bağlı riskləri minimuma endirmək üçün cərrah işində bilgi sahibi, qərarlı, məsuliyyətli və ən əsası təcrübəli olmalıdır.

– Siz bu işdə nə qədər təcrübə sahibisiniz?

– Təxminən 3 ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Bu zaman zərfində 120 dən çox Endoskopik Hipofiz əməliyyatları icra etmişəm. Qərb ölkələrində qoyulmuş yetərlilik kriteriyalarına görə bir neyrocərrah ildə 20 endoskopik hipofiz əməliyyatı edirsə kifayət qədər təcrübəli sayılır. Son zamanlar bu göstərici bir aylıq əməliyyat sayım ettiyi üçün kifayət qədər əcrübə sahibi olaraq qebul edilə bilərəm.

– Endoskopik yolla etdiyiniz əməliyyatlar hansılardır?

– Hipofiz adenomaları, hidrosefaliya, kəllə əsası şişləri və hələki bəzi mədəcikdaxili beyin şişlərini endoskopik yolla əməliyyat edirəm.

– Nəticələriniz necədir?

– Nəticələrimiz dünyanın qabaqcıl ölkələrindəki bu işin professionallarının nəticələrinə yaxındır. Bunları elmi konfranslarda və məqlələrdə paylaşacayıq. Müəyyən bir saya çatmadan bir neçə əməliyyat üzərindən müvaffəqiyyət göstəricisi olmaq mümkün deyil. Uğurlu əməliyyat nəticələrimiz bizə bu imkanı verir ki, bizdə öz təcrübəmizi dünya ilə bölüşək. Azərbaycanda da bu işi Professional səviyyədə görən cərrahların olmasını bildirmək lazımdır.

– Azərbaycanda bu əməliyyatları ən çox edən cərrah sizsiniz, xəstələr niyə məhz sizi seçir?

Mən sənətimi sevirəm. Endoskopik əməliyyatları xüsusi ilə. Bu işə maddiyat olaraq baxmıram. İnsanların doğru yerə üz tutduqlarını, nəticələrin qənaətbəxş olacağını inamla söyləyirəm. İnsanları sağlam həyata qovuşdurmaq və bundan alacağınız məmnuniyyət maddiyyatın çox daha önündə gedir. İnsanlara köməyimizin dəyməsi üçün hər şeyi nəzərə alırıq. Etdiyimiz uğurlu əməliyyatlar, xəstələrin bizə olan inamını artırır. Bu səbəbdən bizə üz tuturlar.

– Bu sahədə, xüsusi ilə Endoskopik beyin cərrahiyyəsində kifayət qədər uğur qazanmışsınız. Uğurunuzun səbəbini nədə görürsünüz?

Bir işin uğurlu olması üçün çox çalışmaq, əzm və cəsarət durur. Çox çalışıb əzminiz olmazsa bir hədəfiniz olmaz. Cəsarətiniz olmasa böyük işlər görə bilməzsiniz. Bir hədəfiniz olacaq, ona doğru əzmlə, cəsur addımlarla gedəcəksiniz. Bir şey imkansızdır deyib vazkeçmək işin bəsitinə qaçmaqdır. Çalışmışam ki, hər zaman ən çətinləri edim. Pis alınmayıb 

– Endoskopik Neyrocərrahiyyənin gələcəyini necə görürsünüz?

Zaman keçdikcə az invaziv əməliyyatlar populyarlıq qazanır. İllər sonra çox nadirən əməliyyat üçün beyin qapağı açılacaq. Əvvəllər çox olunmayan endoskopik hipofiz əməliyyatlarını Azərbaycanda uğurla həyata keçırə bildik. Endoskopik hidrosefaliya, kəllə əsası və beyin törəmələri əməliyyatları icra etdik. Bu sərhədləri aşaraq diğər beyin əməliyyatlarını da endoskopik yolla daha az travmatik şəkildə davam etdirəcəyimizə inanıram.

https://www.youtube.com/channel/UCOoJdKo9xJlJ_LeWQILnhZQ

https://www.facebook.com/drturalrahimli/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir