Mikrodalğalı soba təmizləmək qadınlar üçün bəzən işgəncəyə çevrilə bilər. Əksərən mikrodalğalı soba istifadə etdikdə onun təmizliyinə də çox vaxt ayırmaq olmur. “Gencaile.az” Aile.lent.az-a istinadən sizə təqdim edəcəyi bir neçə praktik üsulla mikrodalğalı sobanızı tərtəmiz saxlaya biləcəksiniz.
Vəsaitlər:
– Kasa və ya kiçik qab
– 1 ədəd limon
– Su
1-ci addım
Mikrodalğalı sobanızda qalıqlar varsa, yaş bezin köməyi ilə təmizləyin.
2-ci addım
Limonları 9 dilimə ayırın və kasanın içinə qoyaraq içərisinə daşmayacaq miqdarda su tökün.
3-cü addım
Kasanı mikrodalğalı sobanın içinə qoyun və yüksək səviyyədə qaynayana qədər saxlayın.
4-cü addım
Su qaynamağa başladığı an sobanı söndürün. Ancaq buxarın sobanın içinə yaxşıca yayılmas üçün kasanı sobadan çıxarmayın. 5 dəqiqə qaldıqdan sonra yenidən işə salın.
5-ci addım
Kasanı sobada 5 dəqiqə saxladıqdan sonra götürün və sobanın içərisini quru bezlə silin.