hamile

Hamiləlik müddətində qadınlarla necə davranmaIı? – 6 TƏKLİF

Baxış sayı: 1. 611

Bəylər, siz də həyatınızda sahib ola biləcəyiniz ən gözəl möcüzələrdən birinə yoldaşınızla birlikdə şahidlik edəcəksiniz. Qarşınızda olduqca maraqlı 9 ay var. Bu müddətdə sizə tövsiyəmiz heç olmadığınız qədər anlayışlı olmağınızdır. Çünki yoldaşınızın hormonlarındakı dəyişikliklər onun fərqli duyğular yaşamasına səbəb olacaq. Bu səbəblə nə qədər anlayışlı olsanız o qədər maraqlı  dövr keçirəcəksiniz.

Sizə hamiləlik müddətində qadınlarla necə davranmağın yollarını təqdim edirik

1. “Bəli” sözlərini “Xeyr” olaraq qəbul etməyə indidən başlayın

Qadınların hamiləliyin ikinci dövründən etibarən ən tez soruşduğu sual fiziki görünüşüylə əlaqədardır. Bu mövzuyla əlaqədar sizdən sual soruşduqda səs tonunuzla imtina edin.

Nümunə sual:

“Hamiləliyə görə hər yerimdə çatlar meydana gəldi. Çox pis görünürəm? “

Verilməsi lazım olan cavab:

“Əsla pis görünmürsən. Sən hər halınla dünyanın ən gözəl qadını və anasısan “.

2. Evdəki təmirlə bağlı hər şeyə hazır olun

Əslində düşündüyünüz qədər çətin deyil. Əslində əvvəllər depo olaraq istifadə etdiyiniz otaqda bəzi dəyişikliklər edəcəkdiniz. İlk addım olaraq, köhnə əşyaları həmin otaqdan çıxarıb, otağı boyayın. Daha sonra hər çeyi növbəsi ilə yerinə yetirərsiniz. İndidən otağı necə dekorasiya edəcəyinizi yoldaşınızla qərarlaşdırın.

3. Çantanızda və cibinizdə hər an yoldaşınıza xüsusi sağlam qidalar saxlayın

Hamiləlik müddətində ən əhəmiyyətli mövzu qidalanmaqdır. Yoldaşınızın qarınını doyurmaq üçün yanınızda hər an sağlam qidalar saxlanın. Bundan əlavə yoldaşınızla eyni ölçülü boşqabda yemək yeyin. Əks təqdirdə o çox yediyini düşünə bilər. Səbir yalnız səbir.

4. Hamiləlik müddətində ən yaxın yoldaşınız hamiləlik hormonları olacaq


Ən yaxın yoldaşınız dedik, çünki bu hormonların təsirini davamlı hiss edəcəksiniz. Sadə reklam çarxına ağlayan yoldaşınıza edəcəyiniz ən yaxşı şey, onun əlini tutmaq və yüngülcə qucaqlamaqdır. Bu onu sakitləşdirəcək.

5. Dərman çantasını hər zaman yanınızda daşıyın


Hamiləlik dövründə Folik Acid, D Vitamini, Omega 3 və Kalsium əlavələri nizamlı olaraq istifadə edilməsi lazım olan əlavələrdir. Bunları hər zaman yanınızda götürdüyünüzə əmin olun. Həkiminiz hansı dərmanı mütləq istifadə etməyinizin lazım olduğunu sizə söyləyəcək.

6. Hamı gələcəklə əlaqədar plan qurub-qurmadığınızı soruşacaq

Körpənizin kimə bənzəyəcəyindən, ona necə vaxt ayıracağınıza qədər bir çox sualla qarşılaşacaqsınız. Hamısına cavab verməyiniz mümkün olmayacaq. Ona görə sakitliyinizi qoruyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir