mətbəx

Mətbəx necə olmalıdır? – MƏSLƏHƏTÇİ

Baxış sayı: 3. 482

Mətbəxdə yemək bişirmək üçün lazım olan hər bir avadanlıq olmalıdır. İstər 5 m2, istərsə də 25 m2, yəni sahəsindən asılı olmayaraq mətbəxin ərazisi maksimal və optimal istifadə olunmalıdır. Əlbətdə ki, ideal səliqə-səhman olmasa, mətbəx demək olmaz. Səliqə-sahmanı yaratmağa sizə konteyner və ayırıcılar kömək edəcək. Onların köməkliyi ilə siz dolab və siyirmələri istər eninə, istərsə də uzununa ideal şəkildə istifadə edə və istədiyiniz vaxt axtardığınız əşyaları tapa biləcəksiniz. Asılqan tipli aksesuarlardan istifadə daha məqsədə uyğundur. Onlar əl ayağa dolaşmır, həmişə göz qabağında və əl altındadırlar. Bu sizə divardakı boş sahələri tam şəkildə istifadə etməyə və mətbəxdə sizə effektiv işləməyə kömək edəcəkdir.

İşıqlandırma sistemi

İşıqlandırma əhvalı yüksəldir. Hələ qeyd etmirik ki, işıqsız məhsulları yumaq, onları kəsmək və doğramaq, bir sözlə, mətbəxdəki bütün işləri görmək çox çətindir. Mətbəxin işlək hissənində istiqamətlənmiş soffit işıqlardan, yəni, gizli işıqlar istifadə edin. Əsas hissəsində isə tavandan asılan işıqlar daha məsləhətdir.

Dəzgah stolu

Dəzgah stollarında düzgün seçim etmək lazımdır ki, qarşısında qoyulan tələbi yerinə yetirə bilsin. Misal üçün, zərbəyə və yüksək temperatura dözümlü laminat örtüklü dəzgahlar və yaxud hərtərəfli və təbii istiliyini saxlayan bərk ağacdan hazırlanmış dəzgahlar. Yadda saxlayın, dəzgah bahalı və gözəl olmasından öncə funksionallığı əsasdır.
İşlək zona
İxtisasçılar işlək zonanı ümümilikdə işlək üçbucaq adlandırırlar. Bu mətbəxin dizaynının praktik təşkil olunmasının ən sadə üsüludur. Əgər üç əsas işlək zonanın (saxlama, yuma və bişirmə) yerini nəzərə alsaq mətbəx daha rahat və funksional olacaq.

Saxlama zonasını yerini nece təşkil etmək lazımdır? Soyuducunun yanında dəzgah stolunu qoymaq. Alınmış məhsulları soyuducuya qoymaq üçün dəzgahda bağlamadan çıxartmaq rahat olacaq.
Yuma zonası mətbəxdə ən vacibdir. Soyuducunu və pilitəni yaxınlarında qoysanız daha rahat olar. Məhsulları yuduqdan sonra qazana tökmək daha rahat olacaq.
Əgər ağır qazanları əlinizdə çox daşımaq istəmirsinizsə, pilitəni yuma zonası ilə dəzahın yanına qoyun. Üçbucaq üsulunu istifadə edin və sizdə mətbəxinizi daha optimal təşkil edin.

Sonda isə bunları da nəzərə alsanız pis olmaz:

1. Mətbəxin yeri mümkünsə evin şimal-şərq hissəsində olmalıdır.Əgər ev ikimərtəbəlidərsə,mətbəxin üst qatda olması bişən yeməklərin aşağı otaqlara yayılmasının qarşısını alar.

2. Mətbəx asan servis etmək üçün yemək yemə otağına və ya qonaq otağına yaxın bir yerdə olmalıdır.
3. Mətbəxin pəncərələri onun içərisini aydınlatma və havalandırma səbəbindən geniş olarsa daha yaxşı olar.
4. Mətbəxin döşəməsi mərmər olmalıdır.

5. Mətbəxdəki dəzgahın divarları kaşı (kafel) olmaıdır.

6. Mətbəxdə mavi rəngi bol edin,bu rəng milçəkləri qaçırır.

7. Yaşıl rəng də insanın gözünü rahatlandırır.

8. Mətbəx orda çalışanın rahat hərəkət edə bilməsi böyüklüyündə olmalıdır.

9. Mətbəx bacasının yaxşı işləməsi gərəkir.

10. Qapı və pəncərələrin qarşılıqlı olması mətbəxdəki qoxuların tez çıxmasına kömək edər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir