biznes

Biznes ideyaları ilə bağlı 10 qayda

Baxış sayı: 1. 836

1. Cəfəngiyat uydurmaqdan çəkinməyin

2. Digərlərinin nə düşündüyündə ilişib qalmaq lazım deyil. Əgər öz ideyanıza inanırsınızsa, onda irəli gedin!

3. Biznes ideyası sizin ehtiyacınızdan yaranır. Bütün dahi kompaniyalar məhz hər hansı bir insanın ehtiyacından yaranıb. Aydındır ki, çoxlu sayda kompaniya digər kompaniyaların ehtiyacı sayəsində yaranıb. Amma bunlar bir qayda olaraq xırda kompaniyalardır.

4. Çoxlu mütaliə edin. Rəqiblərin saytlarına baxın. Biznes-ideyalara həsr olunan saytları da nəzərdən keçirin. Riçard Brensonun “Çılpaq biznes” kitabını tövsiyə etmək olar, motivasiya baxımından çox müsbət təsir göstərir.

5. Məhz sizə nə lazım olduğu haqda bir də düşünün və götür qoy edin. Onda siz öz işinizi və ya ideyanı necə daha yaxşı inkişaf etdirə biləcəyinizi anlayacaqsınız, əgər qadın paltarlarının satışı sizin üçün maraqlı deyilsə, bu işlə məşğul olmaq lazım deyil.

6. Ətrafınıza nəzər salın, növbəti bir seriala baxmaq əvəzinə yeni texnologiyalar haqqında yazılar oxuyun. Seriallar ilə varlanmaq mümkün deyil.

7. İnsanlar ilə ünsiyyətdə olun. Axır vaxtlar fikir vermişəm kimi yeni ideyaların çoxu insanlarla söhbət zamanı ağlıma gəlir. Bəzən hətta söhbəti kəsib, ideyalarımı bloknota qeyd edirəm.

8. Ağlınıza gələn istənilən ideyanı, hətta cəfəng kimi görünsə belə yazmağa tələsin, yazılı qeydlər götürün.

9. Fikirləşin, siz nəyi bacarırsınız və dünyaya nə deyə bilərsiniz? Əgər belə bir şey yoxdursa, öyrənməyə davam edin.

10. Nəhayət ki, heç olmasa nəyisə daha yaxşı etməyə başlayın. Heç olmasa bir ideyanı axıra qədər reallaşdırmağa cəhd etmək daha yaxşıdır Hətta müvəffəqiyyətsiz olsa belə, nəinki 100 biznes ideyası düşünüb, hətta onları reallaşdırmağa, həyata keçirməyə cəhd etməmək.

Ən başlıcası, yaxşı olar ki, elə bir biznes ideyası düşünəsiniz ki, onu gerçəkləşdirmək üçün dəhşətli borclara girməyə məcbur olmayasınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir