derman

Ən işəyaramaz DƏRMANLAR

Baxış sayı: 2. 180

Yaxşı həkim, əczaçı, hətta reklam vasitəsilə dərdimizin dərmanını axtarırıq. İllərdir etibar etdiyimiz dərmanlar da var, yeniləri də. Bəzi dərmanlar var ki, çoxumuzun “köhnə dost”una çevrilib, daim əlaltındadır. Təbii ki, dərmanlar hər orqanizmə eyni təsir göstərmir. Bir xəstənin dərdinə əlac dərman digərinin illətini bir az da artıra bilər. Amma elə dərmanlar da var ki, uzun illər yaxşı ad çıxarmasına baxmayaraq, əslində heç bir işə yaramayan, başaldadıcı dərmanlardır.

“Gencaile.az” “Publika.az”a uzun illər işlədilən faydasız dərmanları diqqətinizə çatdırır:

“Zelyonka” adı ilə tanıdığımız yaşıl antiseptik 1879-cu ildə Almaniyada yaradılsa da onu növbəti əsrdə dünya Rusiya istehsalı ilə tanıyıb. Elə indi də keçmiş SSRİ respublikaları və Şərqi Avropa ölkələri bu antiseptikdən tez-tez istifadə edirlər. Əsasən səpkilərdə, yaralarda, həşərat sancmalarında istifadə olunur. Amma məlum olub ki, zelyonkanın effekti spirtdəkindən o yana keçmir. Yəni yaraya spirt necə təsir edirsə, zelyonka da o gücdədir. Arada adama qalan “xallı bəbir”ə oxşamaq olur, özü də yaşılından…

Korvolol və Validol – ürək dərmanları kimi tanınır. Xüsusən yaşlı adamların tez-tez istifadə etdiyi damcı və dilaltı həbdir. Kardioloqlar demək olar ki, bu dərmanı reseptə yazmırlar. Amma şifahi məsləhət görürlər. Çünki bu dərmanlar sinir ucluqlarını azacıq keyitməkdən başqa işə yaramırlar. Yəni bunların əvəzinə dilin altına nanəli sorma konfet qoysan, elə eyni effekti verər. Əksinə davamlı olaraq dozanı artıq qəbul etməklə nitq pozuqluğu, sinir sistemi xəstəlikləri yarada, cinsi fəaliyyəti zəiflədə bilər.

Arbidol – immuniteti gücləndirmək üçün, qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Xeyirsiz dərmanlardan olan Arbidol immunu gücləndirmək əvəzinə davamlı istifadədə zəiflədə bilər. Nəticədə orqanizm kənar viruslara qarşı müqaviməti zəifləyər.

Dəniz suyu – yenə də postsovet ölkələrində virus əleyhinə istifadə olunan məhluldur. Əsasən qripdə, zökəmdə və allergiyada, burun tutulmalarında istifadə olunur. Bunun əvəzinə qaynar suya bir çimdik soda əlavə edib burnu yaxalasaq daha effektli olar.

Amma istənilən halda etimad başqa söz deyir. Hər halda illərlə bu dərmanları istifadə edənlər, ona inanlar, pul xərcləyənlər var. Şikayət də etmirlər. Lakin burada məsələ dərmanın gücündə deyil, ona inamdadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir