dirnaq

Dırnaq alətlərindəki TƏHLÜKƏ: Hepatitə yoluxa bilərsiniz

Baxış sayı: 1. 781

Aparılan son araşdırmalar nəticəsində Hepatit B xəstələrinin dırnaqlarında çoxlu miqdarda virus olduğu ortaya çıxıb.

Gencaile.az”-ın xarici KİV-ə istinadən məlumatına görə, bu səbəbdən həmin hepatitli xəstələrin dırnaq alətləri ilə yanaşı digər əşyalarının da gigiyenik təhlükəsizlik baxımından başqaları tərəfindən istifadə edilməməsi məsləhət görülür.

Araşdırmadan bəllidir ki, bu xəstələrin dırnaqlarında virus olduğu üçün onların manikur, pedikür alətləri birdəfəlik istifadə üçün nəzərdə tutulmalıdır. Əks halda steril, dezinfeksiya qaydaları pozulduqda Hepatit B-yə yoluxma riski yüksək nisbətdə var. Buna görə başda gözəllik salonu işçiləri olmaqla bütün dermakosmetik sahədə çalışanları bu məsələ ilə bağlı maarifləndirmək lazımdır.

Ümumiyyətlə, mütəxəssislərin fikrincə, şəxsi əşyalar paylaşılmamalı, ortaq istifadə edilməməlidir. Ortaq istifadə edilən dırnaq alətləri ilə Hepatit B-nin ailə içində yayılma riski daha böyükdür.

Dırnaq alətləri, təraş maşını, jilet kimi şəxsi gigiyenik əşyaların başqası ilə paylaşılmaması və yetərincə dezinfeksiya edilmədən təkrar istifadəsi insanlar arasında geniş yayılıb. Ona görə insanların bu məsələdə də maarifləndirilməsi vacib sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir