salat

İftar süfrəsi – 8-ci gün

Baxış sayı: 1. 473

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün şorbasından yüngül salatına və tərəvəzli yeməyinə qədər gözəl təamlarla mədənizi sevindirə bilərsiniz.

Təzə lobya şorbası

İçindəkilər

Təzə lobya – 500 qr.

Un – 2 x.q.

Kərə yağı – 2 x.q.

Qatıq – 3 x.q.

Pomidor – 1 ədəd

Yumurta – 1 ədəd

Hazırlanması

Lobyaları yuyub, təmizləyin. Kub formasında doğrayıb qazana qoyun. Üzərinə pimodoru sürtgəcdən keçirdin, kərə yağı və duz əlavə edib ağzını örtün. Lobyaları suyu çəkilənə qədər qovurun. Daha sonra bir az su əlavə edib 25-20 dəqiqə bişənə qədər qaynadın. Başqa bir qabda qatığı, unu və yumurtanı su ilə qarışdırın, qaynayan lobyanın üzərinə az-az qarışdıraraq əlavə edin. Lopa-lopa qalmamasına diqqət edin. 10 dəqiqə qaynadıb sobadan götürün. İsti şəkildə servis edin.

Noxud və yaşıl mərcili salat

İçindəkilər

Yaşıl mərci – 1 stəkan

Noxud – yarım stəkan

Pomidor – 1 ədəd

Soğan – 1 ədəd

Zeytun yağı – 1 ç.q.

Quru və ya təzə nanə

Limon və ya nar suyu

Hazırlanması

Mərci və noxud təmizlənir, yuyulur və bişirilir. Suyu süzülür, soyudulur. Üzərinə pomidor, soğan xırda-xırda doğranılır. Sonda zeytun yağı, limon suyu və ya nar suyu əlavə edilir, nanə xırda doğranılır, qarışdırılır.

Tərəvəzli sarma

İçindəkilər

Badımcan – 70 qr.

Kök – 1 ədəd

Dolmalıq bibər – 1 ədəd

Kahı – 100 qr.

Xiyar – bir neçə ədəd

Zeytun yağı – 1 ç.q.

Hazırlanması

Badımcanları yuyun, qabıqlarını soyun. Nazik dilmlər şəklində doğrayın, 15 dəqiqə duzlu suda saxlayın. Digər tərəvəzləri də yuyun, qabıqlarını soyun və nazik dilimlər şəklində doğrayın. Doğranmış tərəvəzləri yağla birlikdə bişirin. Dilimlənən badımcanları isə qızardın. Qızaran badımcanların içinə pişən tərəvəzləri qoyun, rulet formasında bükün çöplə bərkidin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir