Artıq Ramazan ayının 10-cu gününü yaşamaqdayıq. “Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün süfrələrinizi zənginləşdirəcək daha bir iftar menyusunu sizə təqdim edirik.
Kremli toyuq şorbası
İçindəkilər
Toyuq suyu – 1 lt.
Krem – 100 ml.
Bişmiş toyuq əti – 50 qr.
Toyuq sümüyü – 500 qr.
Kərə yağı – 60 qr.
Un – 60 qr.
Hazırlanması
Yağ və unu qovurun. Taxta qaşıqla qarışdıra-qarışdıra toyuq suyunu əlavə edin. Sümükləri qaynadın, süzün və şorbaya əlavə edin. Şorbanı qaynadın, duz, istiot əlavə edib yenə 45 dəqiqə az odda qaynadın. Süzgəcdən keçirdib təmiz qazanda bir də qaynadın və kremi şorbaya əlavə edin. Toyqu ətini xırda-xırda doğrayın, isidib şorbaya əlavə edin. Qarışdırın və servis edin.
Sobada kartoflu kotlet
İçindəkilər
Qiymə – 250 qr.
Cəfəri – yarım dəstə
Soğan – 2 ədəd (1 ədədi kotletin içi üçün)
Kartof – 2 ədəd
Su – 2.5 st.
Qara və pul istiot
Kəkotu
Duz
Hazırlanması
Bütün ədviyyatları qiyməyə əlavə edin. Soğanı və cəfərini blenderdən keçirtdikdən sonra qiyməyə əlavə edin, qarışdırın. Qiyməyə istədiyiniz formanı verdikdən sonra tavada qızardın. Kartofları və soğanı soyub istıdiyiniz formada doğrayın. Sonra onları kotletlərlə birlikdə şüşə bir qabın içinə yerləşdirin. Bibər və pomidor pastasını suyun içində həll etdikdən sonra yeməyin üzərinə əlavə edin. Sonra 1.5 st. suyu da tökün. Duz və istiotu da səpib 200 dərəcəlik sobada kartoflar yumşalana qədər bişirin.
Vişnəli parfe
İçindəkilər
Vanilli pudinq – 2 paket
Süd – 2.5 st.
Vişnə suyu – 2.5 st.
Hazırlanması
2 paket vanilli pudinqin südlə, digərini isə vişnə suyu ilə bişirin. Servis edəcəyiniz qabları azca isladın və əvvəlcə vanilli, sonra isə vişnə sulu pudinqi əlavə edin. Buzxanada 20-25 dəqiqə saxlayın və bişnə ilə bəzəyib servis edin
Nuş olsun!